Qoruqlarda “açıq qapı” aksiyaları keçirilib

 

Xəbər verdiyimiz kimi, 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda “açıq qapı” günü təşkil edilib.

 

Həmin gün qoruğa gələn ziyarətçilərə ödənişsiz ekskursiya xidmətləri göstərilib. Ziyarətçilər qoruğun tarixi əraziləri və bu ərazilərdə aparılmış arxeoloji qazıntılarla, Qəbələ Arxeoloji Mərkəzinin sərgi zallarında nümayiş etdirilən arxeoloji tapıntılarla tanış olublar, həmçinin “Nizami Gəncəvi İli” ilə əlaqədar burada təşkil edilən kitab sərgisinə, Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə nəşrlərə baxıblar.

 

Sonda ziyarətçilər qoruğun əməkdaşları ilə birgə “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər.

 

***

 

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə də “açıq qapı” aksiyası təşkil olunub, müxtəlif mövzularda sərgilər və məlumatlandırma sessiyaları keçirilib.

 

Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təşkil edilən sərgidə milli musiqi alətləri, Bakının müasirtarixi binalarının maketləri qonaqlara nümayiş etdirilib, milli geyimdə foto çəkdirmək üçün guşə yaradılıb.

 

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil edilən sərgidə sənətkarlıq nümunələri, misgərlik məmulatları sərgilənib. Qoruq ərazisində Argentinanın mədəniyyət profilliKanal A” televiziyası da çəkiliş aparıb.

 

Kiş” Tarix-Memarlıq Qoruğunun (Şəki) həyətində yerli sənətkarların əl işləri nümayiş etdirilib, ziyarətçilərə Kiş alban məbədinin tarixi ilə bağlı məlumat verilib.

 

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda (Şəki) gənc rəssamların abidələrlə bağlı əl işləri sərgilənib. Şəki Tarix-Diyarşünaslıq muzeyində şəhərin qədimliyini əks etdirən tarixi abidələrin fotolarından ibarət sərgi təşkil olunub. Həmçinin Şəki Xalq Tətbiqi Sənəti Muzeyində xovlu sənət ustası Rəhman Kamiloğlunun əl işlərindən ibarət sərgi keçirilib.

 

Şəki Dövlət Rəsm Qalereyasının bağında – açıq havadaTarixi abidələr rəssamların gözü ilə” adlı sərgi təşkil olunub. Yerli rəssamlar Aynur Məsimova, Nazim Səmədov və Qurban Oruclunun kətan üzərində yağlı boyaakvarel boya ilə kağız üzərində çəkdikləri əsərlər qonaqların marağına səbəb olub.

 

Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu (İsmayıllı) ərazisində arxeoloji qazıntıların aparıldığı XVI əsr abidəsi - Şeyx Məhəmməd məscidində məktəblilər üçün tədbir keçirilib.

 

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda (İsmayıllı) yerləşən abidələrə ziyarətçilər üçün müəyyən marşrutlar üzrə turlar hazırlanıb. Qoruq ərazisindəki sənətkar emalatxanalarında ustad dərsləri təşkil edilib.

 

“Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda da (Quba) ziyarətçilərə ödənişsiz xidmət göstərilib, qonaqlar üçün ekskursiyalar təşkil olunub.

 

 

Mədəniyyət.- 2021.- 21 aprel.- S.3.