Teatr və şəhər”

 

 

OperaBalet Teatrının baş dirijoru beynəlxalq foruma qatılıb

 

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş dirijorumusiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev aprelin 17-də Çinin Tayçanq şəhərində keçirilən “Teatr və şəhər” forumunda iştirak edib.

 

Beynəlxalq İpək Yolu  Teatrlar Liqasının təşkil etdiyi onlayn foruma AlmaniyadanKomişe oper” teatrının direktoru Filip Berkeniq, Maltadan Aralıq dənizi Mədəniyyət Assosiasiyasının rəhbəri Kennet Spiteri, İtaliya-Çin Mədəniyyət Mərkəzinin rəhbəri Cüzeppina Markionne, Seul Mədəniyyət Mərkəzinin prezidenti Yo İn Taek (Koreya), Artskeyp Teatrlar Birliyinin sədri Marianna le Rua (Cənubi Afrika), QuanqjouTayçanq Opera teatrlarının direktorları və digər ölkələrin opera teatrlarının rəhbərləri qatılıb.

 

Şəhər və cəmiyyətin teatrla ünsiyyət və əlaqə vasitələrinin öyrənilməsinə həsr olunan forumda teatrların mövcud olduqları şəhərlərin mədəni və tarixi simasının formalaşmasında rolu vurğulanıb.

 

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı 2020-ci ildə İpək Yolu Beynəlxalq Teatrlar Liqasına qəbul olunub. Əməkdaşlığın nəticəsi kimi 2021-ci ilin avqust ayında Sincan şəhərində keçiriləcək beynəlxalq rəqs festivalında Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının iştirakı barədə razılığa gəlinib. Festivalın proqramında dahi bəstəkar Qara QarayevinYeddi gözəl” baletinin təqdimatı gözlənilir.

 

Mədəniyyət.- 2021.- 21 aprel.- S.8.