“Müasir
incəsənətin Azərbaycanda
ifadə formaları”
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə
virtual “Salon” (“Salons”) silsilə tədbirlərindən beşinci
vebinar keçirilib.
Nyu-York İncəsənət
və Dizayn Muzeyinin fəxri sədri Barbara Toberin dəstəyi ilə təşkil olunan vebinar “Liberallıq və transformasiya. Müasir incəsənətin
Azərbaycanda ifadə
formaları” mövzusuna
həsr olunub. Tədbirdə “Azərbaycan müasir
incəsənəti” kitabının
müəllifi Lesli Qrey və qalerist-kurator
Əfsanə Tahirova spiker qismində iştirak ediblər.
Ə.Tahirova sovet dövründə
fəaliyyət göstərmiş
Tahir Salahov, Mikayıl Abdullayev, Əşrəf Murad, Mircavad və Tofiq Cavadov qardaşları,
Səttar Bəhlulzadə
və Toğrul Nərimanbəyov kimi görkəmli sənətkarların
yaradıcılığından söz açıb və onların sosialist realizmi cərəyanı çərçivəsində
göstərilən təzyiqə
birbaşa və ya dolayı yolla etirazlarını öz əsərlərində
əks etdirdiklərini
diqqətə çatdırıb.
Vebinarın sonunda sualları cavablandıran spikerlər
Azərbaycanda müasir
incəsənət nümunələrini
formalaşdıran amillərdən
danışıb, gənc
sənətkarların öz
əsərlərində milli-mənəvi
dəyərlərlə yanaşı
ümumbəşəri hadisələrə
yer verərək özlərini ifadə etdiklərini bildiriblər.
Qeyd edək
ki, indiyədək təşkil olunan “Salon” vebinarları “Transqafqaz regionu: Azərbaycana iqtisadi baxış”, “İpək Yolunda mədəniyyət, həyat
tərzi və biznes: Qafqaz regionunda optimizm rəmzi olan müasir memarlığa diqqət”, “Əsrlər boyunca cazibə: Azərbaycan xalçalarının
tarixi” və “İpək Yolunun sirləri: Azərbaycanda şərabçılıq sənayesinin
gələcəyi” mövzularına
həsr olunub.
Mədəniyyət.- 2021.- 21
aprel.- S.3.