“Sonuncu” Rotterdam festivalına gedir
Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunmuş “Sonuncu” sənədli filmi Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib.
Kinorejissor Fariz Əhmədovun quruluş verdiyi film festivalın “Qısa və orta metraj” (Short & Mid-length) bölməsində iştirak edəcək.
Rotterdam Beynəlxalq Film Festivalı Avropanın nüfuzlu
kino müsabiqələrindən biridir. “A” kateqoriyalı
festival Kann, Venesiya,
Berlin, Lokarno və digər böyük festivallarla bir sıraya daxildir.
“Sonuncu”
sənədli filmi Xəzərdəki Kürdili
adasının (Neftçala
şəhərindən 33 km məsafədə) sonuncu sakini Vitali Pronindən
bəhs edir. 1981-ci ildə dənizdə
suyun səviyyəsinin
qalxması nəticəsində
vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək
yaşayış üçün
əlverişsiz hala gəlir. Əhalinin əksəriyyəti adadan köçür.
Qazsız, işıqsız və demək olar ki, insansız
qalan ada tənhalaşır. Adanın yeganə
sakini isə 68 yaşlı Vitali olur. O, bütün həyatını ada ilə bağlayıb…
Filmin baş prodüseri Bakı Media Mərkəzinin
prezidenti Arzu Əliyeva, prodüserləri
Orman Əliyev və Nazim Hüseynov,
ssenari müəllifləri
Esmira Əyyub və Fariz Əhmədov,
operatoru Polşadan dəvət olunmuş Mateuş Çuxnovskidir.
50-ci
Rotterdam Beynəlxalq Film Festivalının
2-6 iyun 2021-ci il tarixində keçirilməsi nəzərdə
tutulub. “Sonuncu”
filminin geniş auditoriyaya ilk təqdimatı
da bu festivalda
baş tutacaq. Film haqqında qısa
məlumat, treyler və fotolar artıq festivalın saytında yerləşdirilib.
LALƏ
Mədəniyyət.- 2021.- 21
aprel.- S.8.