Milli Kitabxana “Nəriman Nərimanov” biblioqrafiyasını nəşr etdirib

 

 

 

 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamını Mədəniyyət Nazirliyinin tədbirlər planını əsas tutaraq M.F.Axundzadə adına Azərbaycan Milli KitabxanasıAzərbaycanın görkəmli şəxsiyyətləriseriyasındanNəriman Nərimanovbiblioqrafiyasını nəşr etdirib.

 

Kitabxanadan bildirilib ki, Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr edilən biblioqrafiyada ədibin kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri öz əksini tapıb, həmçinin həyat yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında zəngin material toplanıb.

 

Qeyd edək ki, Nəriman Nərimanov haqqında ilk biblioqrafiya 1972-ci ildə ədibin anadan olmasının 100 illiyi münasibətilə görkəmli biblioqraf, filologiya elmləri namizədi Fərman Bayramovun tərtibçiliyi ilə (“Nəriman Nərimanov (1870-1970): Biblioqrafik göstərici”) çap olunub. Ədibin ədəbi ictimai-siyasi fəaliyyətinin əhəmiyyətini nəzərə alaraq, haqqında aparılan tədqiqat işlərinin pərakəndəliyini aradan qaldırmaq, fundamental informasiya resursu yaratmaq məqsədilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən yeni biblioqrafiya tərtib edilib.

 

Kitabın əvvəlindəNəriman Nərimanovun həyat fəaliyyətinin əsas tarixləri”, “Nəriman Nərimanovun hikmətli sözləri mülahizələri”, “Görkəmli şəxsiyyətlər Nəriman Nərimanov haqqındabölmələri verilib. Biblioqrafiyada görkəmli yazıçının kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, imzaladığı əmr, sərəncam dekretlər, elmi publisistik məqalələri öz əksini tapıb. Həyat yaradıcılığı haqqında kitablar ayrıca bölmə şəklində təqdim edilib, dövri mətbuatda çapdan çıxan materiallar müvafiq bölmələr üzrə qruplaşdırılaraq təqdim edilib. Biblioqrafik göstəricininƏlavələrbölməsinəArxiv materialları”; “N.Nərimanovun tədqiqatçılarıN.Nərimanov mövzusunda əsərləri olan rəssamlaraltbölmələri daxil edilib. 1890-2020-ci illəri əhatə edən biblioqrafiyada zəngin material toplanıb. İlk dəfə olaraqNəriman Nərimanov dünya kitabxanalarındaNəriman Nərimanov dünya universitet kitabxanalarındabölmələri verilib, N.Nərimanovun Bakı şəhərindəki Xatirə Muzeyinin materiallarından da istifadə edilib.

 

Azərbaycan, rusbaşqa dillərdə çap olunmuş materialları ehtiva edən biblioqrafiyada ədəbiyyat bölmələr daxilində xronoloji prinsip əsasında qruplaşdırılmış, daxildə əlifba sırasına riayət edilib. Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə Nəriman Nərimanovun əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəricilərindən ibarət köməkçi aparat verilib.

 

Mədəniyyət.- 2021.- 21 aprel.- S.7.