Bəşəriyyətin bəlası – ölümə yox deyək”

 

Aprelin 22-də Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə “Bəşəriyyətin bəlası – ölümə yox deyək” mövzusunda onlayn tədbir keçirilib.

 

Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq təşkil edilib.

 

Muzeyin elmi işçisi Aynurə Tağıyeva tədbiri açaraq müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniyaonun fəsadları, doğurduğu faciələr barədə məlumat verib.

 

Sonra Bakı Şəhər Narkoloji Mərkəzinin həkim narkoloqu Fizzə Baxışova, sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü, DünyaAvropa çempionu Hacı Əliyev, Xətai rayon 17 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev və başqalarının çıxışları dinlənilib.

 

Sonda Lənkəran Regional Mədəniyyət İdarəsi Lənkəran Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət virtual sərgi nümayiş olunub.

 

 

Mədəniyyət.- 2021.- 23 aprel.- S.2.