İsrail diplomatı Quba Soyqırımı
Memorial Kompleksini ziyarət
edib
İsrailin Azərbaycandakı səfirinin
müavini Doron Peer Quba Soyqırımı
Memorial Kompleksini ziyarət
edib. Diplomata 1918-ci ilin
martından başlayaraq
erməni-bolşevik birləşmələri
tərəfindən Azərbaycanın
müxtəlif yerlərində
həyata keçirilmiş
soyqırımı, həmin
ilin mayında Qubada törədilən qırğınlar haqqında
ətraflı məlumat
verilib.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi
2013-cü il sentyabrın 18-də açılıb.
Burada quraşdırılmış monitordakı
xüsusi xəritədə
ermənilərin ötən
əsrdə xalqımıza
qarşı respublikanın
müxtəlif bölgələrində
həyata keçirdikləri
soyqırımı aktları
barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Bildirilib ki, Qubada soyqırımı
qurbanlarının kütləvi
məzarlığı 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən
aşkarlanıb. Bundan sonra AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən
kütləvi məzarlıqda
geniş tədqiqat işləri aparılıb.
Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə
ermənilərin yerli
dinc əhaliyə qarşı törətdikləri
soyqırımı ilə
bağlı olduğu
müəyyən edilib.
D.Peer Quba Soyqırımı Memorial Kompleksi
ilə tanışlıqdan
sonra xatirə kitabına ürək sözlərini yazıb.
Mədəniyyət.- 2021.- 23
aprel.- S.3.