“Dünyanın himni uşaq qığıltısıdır”
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tanınmış uşaq yazıçısı Gülzar İbrahimovanın “Dünyanın himni uşaq qığıltısıdır” adlı yeni kitabının onlayın təqdimatını keçirib.
Videotəqdimatda öncə Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova kitab haqqında məlumat verib. Sonra Xızı rayon MKS-nin direktoru Ayşən Əliyeva, Şirvan şəhər Mərkəzi kitabxanasının baş biblioqrafı Kəmalə Quliyeva, Zərdab rayon MKS-nin 36 saylı filialının müdiri İlhamə Qəribova, Yasamal rayon MKS-nin əməkdaşları, eləcə də Oslo şəhərində (Norveç) Nizami Gəncəvi adına həftəsonu məktəbinin koordinatoru Günay Əliyeva çıxış ediblər.
İzləyicilərin suallarını cavablandıran Gülzar İbrahimova bildirib ki, kitab 3-6 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Kitabda “Dəcəl keçəl” nağılı, 4 mənzum nağıl və şeirlər toplanıb.
Mədəniyyət.- 2021.- 23 aprel.- S.4.