Bakı Dövlət Sirkinin
milli truppa və orkestri yenidən təşkil olunur
Yeni strukturu formalaşdırılan Bakı Dövlət Sirkinə janr üzrə artistlərin işə qəbulu elan edilir. Bununla əlaqədar sirkin milli truppa və orkestri yenidən təşkil olunacaq.
Sirkə Azərbaycanda və xaricdə təhsil almış musiqiçi, gimnast, akrobat, güləşçi, pəhləvan, kəndirbaz, kloun, jonqlyor və digər ixtisaslar üzrə istedadlı gənclər dəvət edilir.
Seçim zamanı respublikamızın bədii təhsil üzrə müvafiq ali və orta ixtisas məktəblərinin, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, habelə digər ölkələrin ixtisas təhsili müəssisələrinin məzunları ilə yanaşı, sirk sənətində yüksək qabiliyyət və bacarığı olan şəxslərə də üstünlük veriləcək.
İxtisas üzrə iş təcrübəsinə malik 29 yaşadək gənclərin müraciət etməsi tövsiyə olunur.
Namizəd tərcümeyi-halını (CV) və özü barədə hazırladığı qısa videonu info@bakucircus.az elektron poçt ünvanına və ya “WhatsApp” mobil tətbiqi vasitəsilə (+994 50 204 04 54) təqdim edə bilər.
Mədəniyyət.- 2021.- 23
aprel.- S.4.