Saratov səhnəsində
“Min bir gecə”
Saratov Akademik Opera və Balet Teatrının (Rusiya) yeni səhnəsində
dünya şöhrətli Azərbaycan
bəstəkarı Fikrət
Əmirovun “Min bir gecə” baleti anşlaqla nümayiş olunub. 16-17 aprel
tarixlərində nümayiş
olunan tamaşa teatrın bu səhnə üçün
xüsusi olaraq işlənilmiş ilk balet
əsəridir.
Tamaşanın hər iki nümayişi
sənətsevərlər tərəfindən
hərarətlə qarşılanıb. Tamaşaçılar sosial şəbəkələrdə premyera ilə bağlı çoxsaylı
müsbət şərhlər
yazıblar. Teatrın
saytında və yerli KİV-də qeyd olunur ki,
Fikrət Əmirovun “Min bir gecə” baleti haqlı olaraq Rusiyada balet teatrının müasir klassikası hesab olunur. Vurğulanır ki, 1979-cu ildə Azərbaycan Opera və Balet Teatrında səhnələşdirilən balet bu gün
də Rusiyanın və dünyanın ən böyük səhnələrində uğurla
oynanılır. Saratovda isə
“Min bir gecə” baletinin ilk nümayişi
1987-ci ilə təsadüf
edir. 20 il
ərzində – 2007-ci ilə
qədər baletin
300-ə yaxın nümayişi
olub.
“Min bir gecə” baletinin yeni xoreoqrafik versiyasında müasirliklə yanaşı
balet sənətinə
bələd olmayan tamaşaçını təəccübləndirəcək
nüanslara qədər
hər şey düşünülüb. Tamaşanın
librettosu və xoreoqrafı Rusiyanın Əməkdar artisti Anatoli Dementyev, baletmeysteri Xalq artisti İqor Stetsyur-Mova, quruluşçu
dirijoru Medet Turqumbayev, səhnə tərtibatçısı Əməkdar
rəssam Sergey Boldırev,
kostyum üzrə rəssamı Olqa Kolesnikovadır. A.Dementyev möhtəşəm Şərq
elementləri, gerçəklik
və fantastik dünya, dramatik toqquşmalar, ülvi hisslərin, incə yumorun və fitnə-fəsadın bir-biri
ilə toqquşduğu
baletdə qüsursuz zövq və plastik ifadə ilə seçilən emosional bayram tamaşası yarada bilib. Baletmeyster isə mətni orijinalda – 1987-ci il versiyasında saxlayaraq öz yeniliklərini əlavə edib.
Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 23
aprel.- S.8.