“Toska”da
üç sənətçimiz
çıxış edir
Rusiya Böyük Teatrında pandemiyadan sonra premyera
Azərbaycanın Xalq artistləri
Dinarə Əliyeva və Elçin Əzizov 21-25 aprel tarixində Rusiya Böyük Teatrının
səhnəsində nümayiş
olunan Cakomo Puççininin “Toska”
operasının tamaşasının
premyerasında çıxış
edirlər.
Teatrın solistləri olan sənətçilər daha
bir həmvətənimiz
– dəvət olunmuş
solist Azər Zadə ilə birlikdə səhnəyə
çıxıblar. Opera tamaşasının quruluşçu
rejissoru italyan rejissor Stefano Poda, dirijoru Daniel Kalleqaridir.
Dinarə Əliyeva tamaşada Floriya Toska, Elçin Əzizov baron Skarpia, Azər Zadə isə Kavaradossinin partiyalarını ifa
edir.
C.Puççininin “Toska” operası (libretto: İllika Luici, Cüzeppe Cakoza) ilk dəfə 14 yanvar
1900-cu ildə Romada “Kostanzi
Opera Teatrı”nda nümayiş
olunub. Tamaşanın süjet
xəttinin mərkəzində müğənni Floriya Toska və rəssam
Kavaradossinin sevgi
münasibətləri dayanır.
Mədəniyyət.- 2021.- 23
aprel.- S.8.