Caz ifaçılığında gənc imza

 

 

Ölkəmizin zəngin ənənələri olan caz sənətinin gənc simaları müxtəlif müsabiqə və  festivallarda özlərini təsdiq edirlər. Belə istedadlı gənclərdən biri də Nərmin Məmmədlidir.

 

O, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət gimnaziyasını bitirib. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində estradacaz ifaçılığı üzrə təhsil alıb. 2016 və 2017-ci illərdə Bakıda təşkil edilən beynəlxalq caz festivallarının iştirakçısı olub. 2018-ci ildə ölkəmizi Latviyada keçirilən məşhur “Riga Jazz Stage” müsabiqəsində təmsil edib. Gənc həmkarları ilə 2018-ci ildə Heydər Əliyev Sarayında təşkil olunanjAzzeri Bands and Art” adlı konsert proqramında  çıxış edib.

 

Nərmin Məmmədli 2020-ci ilin dekabr ayında ABŞ-ın caz əfsanələrindən olan saksofon ifaçısı və bəstəkar Çarli (Charlie) Parkerin xatirəsinə həsr olunancaz musiqisinə dair paylaşımları ilə məşhur olanJazzmemes”, “İnstagram” səhifəsinin birgə təşəbbüsü ilə reallaşanBirdboxChallengeonlayn müsabiqəsinə qatılıb. O, Ç.ParkerinDonna Leeinstrumental əsərini gözübağlı şəkildə (əsas şərtlərdən biri nota baxmamaq olub), “scat vokal” texnikası ilə ifa edərək müsabiqənin 3 qalibindən biri olub və hədiyyələrə layiq görülüb.

 

Mədəniyyət.- 2021.- 30 aprel.- S.4.