Beynəlxalq konfransda
Azərbaycan mədəniyyəti və xanəndəlik sənətindən
söz açılıb
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar kafedrasının professoru, fəlsəfə elmləri doktoru Mina Hacıyeva Başqırd Dövlət Universitetinin keçirdiyi “Müasir insanın varlığının etnotarixi, hüquqi və mədəni-linqvistik əsasları” adlı beynəlxalq elmi-praktik konfransa qatılıb. Onlayn konfransda müxtəlif ölkələrdən alimlərin məruzələri dinlənilib.
M.Hacıyeva “Azərbaycan mədəniyyətinin inkişafı” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi Azərbaycanın tarixi, Orta əsr alimləri, şair-filosofları və XX-XXI əsr bəstəkarlarının əsərləri haqqında məlumat verib.
Professor Mina
Hacıyevanın rəhbərliyi altında Tarix-nəzəriyyə
fakültəsinin 4-cü kurs tələbəsi
Gülər Babayeva konfransda
“Azərbaycanda xanəndəlik sənətinin inkişafı”
mövzusunda çıxış edib.
Mədəniyyət.- 2021.- 30
aprel.- S.4.