Rusiya İnformasiya
və Mədəniyyət Mərkəzinin direktoru
BXA-da olub
Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru İrek Zinnurov Bakı Xoreoqrafiya Akademiyasının (BXA) qonağı olub.
BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli qonaqla görüşdə akademiyanın fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri, uğurları barədə məlumat verib.
Bildirilib ki, Rusiya ali təhsil müəssisələri və BXA arasında tələbə-müəllim mübadilə proqramları, birgə konfranslar və layihələr həyata keçirmək olar. Görüş əsnasında BXA-nın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi üçün qarşıda duran planlar haqqında da söhbət açılıb.
İrek Zinnurov səmimi görüşə görə təşəkkür edərək, BXA-nın Rusiyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün dəstək göstərəcəyini vurğulayıb. Söhbət zamanı yaxın gələcəkdə həyata keçirilə biləcək ortaq tədbirlər haqqında da fikir mübadiləsi aparılıb.
Qonaq akademiyanın
kitabxanası, ümumi orta
məktəbi ilə tanış olub, orta ixtisas təhsil pilləsi
üzrə dərslərdə iştirak edib.
Mədəniyyət.- 2021.- 30
aprel.- S.4.