Nizami Gəncəvinin həyat və yaradıcılığının səhnə inikası

 

II yazı

 

Nizami Gəncəvi yaradıcılığı Azərbaycan mədəniyyətində – teatrda, musiqidə, təsviri sənətdə daim əsas yerdə olub. Təsadüfi deyil ki, dahi şairin əsərlərinə bəstələnən və obrazına ithaf olunan musiqi əsərləri Azərbaycan mədəniyyətinin qiymətli inciləridir. Nizami yaradıcılığı hər zaman Azərbaycan bəstəkarlarının diqqətini cəlb edib, bu mövzuda fərqli janrda onlarla əsər yazılıb. Onların arasında NiyazininXosrovŞirin” operası, Əfrasiyab Bədəlbəylinin “Nizami” operası, Qara QarayevinLeyli və Məcnun” simfonik-poeması, “Yeddi gözəl” baleti, Fikrət Əmirovun “Nizamiyə xatirə” simfoniyası, “Nizamibaleti, Soltan Hacıbəyovun “İsgəndər və çobanuşaq operası, Tofiq Bakıxanovun “Xeyir və Şər” baleti, eləcə də Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan”, Fikrət Əmirovun “Gülüm”, Şəfiqə Axundovanın “Nə gözəl”, Cahangir CahangirovunGül camalın” və “Nazənin”, Ədilə Hüseynzadənin “Vəslin həvəsi”, Məmməd İsrafilzadənin “Hüsnün gözəl” romanslarını, Firəngiz Əlizadənin “Gottes ist der Orient” kantatasını və başqa nümunələri qeyd edə bilərik.

 

Musiqi sənətimizdə Nizami irsi ilə bağlı əsərlərin mühüm bir qismi şairin 800 illiyi münasibətilə ərsəyə gəlib. 1939-cu il mayın 3-də Azərbaycan SSR Xalq Komissarları Soveti Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi haqqında qərar çıxarır. Bununla da, bütün yaradıcı insanlar kimi, bəstəkarlar da bu işə böyük həvəslə qoşulurlar.

 

Yubiley ərəfəsində verilən yaradıcılıq hesabatlarında Üzeyir Hacıbəyli Süleyman Rüstəmin Nizamiyə həsr olunan şeirinin sözlərinə xor, solistsimfonik orkestr üçün kantata üzərində işlədiyi göstərilir. Səid Rüstəmov, Fikrət Əmirov, Ağabacı RzayevaAndrey Babayevin Nizami mövzusunda xalq çalğı alətləri orkestri, Süleyman Ələsgərov və Adil Gərayın mahnı və rəqs ansamblı, Cahangir Cahangirov və Hökümə Nəcəfovanın xor üçün repertuar hazırladıqları qeyd edilir. Qara Qarayevin Nizamiyə həsr olunmuş simfonik orkestr üçün təntənəli uvertüra, Midhət Əhmədovun “Yeddi gözəl” mövzularında, Boris Zeydmanın kvartet üçün süita üzərində işləmələri də nəzərə çatdırılır. Bir faktı da qeyd edək ki, təşkil olunan yubiley komissiyasının qərarı ilə qapalı müsabiqəyə aşağıdakı əsərlər buraxılır: Ü.Hacıbəyli. “İsgəndərnamə” operası (librettosu müəllifə məxsus idi, mənzumələr şair Əliağa Vahidə həvalə olunmuşdu);  S.Rüstəmov. “Hind gözəli” baleti (librettosunu Maksimoviç yazmışdı); Ə.Bədəlbəyli. M.S.Ordubadinin librettosu əsasında şairin həyatı mövzusunda opera;  Niyazi. R.Rzanın librettosu əsasında opera; B.Asafyev. “XosrovŞirinbaleti. Librettosu M.Rəfilinin idi; Q.Qarayev və C.Hacıyev. “Nizamimüasirlikmövzusunda opera. Librettosu S.İvanova və İ.Oratovskiyə məxsus idi.

 

Lakin 1941-ci ildə başlanan müharibəsi yubileyin keçirilməsini təxirə salır, yaradıcılıq işlərinə təsir edir. Nəzərdə tutulan əsərlərdən yalnız Əfrasiyab Bədəlbəylinin “Nizami” operası tamamlanır. Niyazı “XosrovŞirin”, Boris Asafyev isə “Yeddi gözəl” poeması əsasında “Slavyan gözəli” operalarını yazır. Üzeyir Hacıbəyli NizamininYeddi gözəl” poeması ilə səsləşən yeddi musiqili qəzəl yazmağı nəzərdə tutsa da, yalnız “Sənsiz” və “Sevgili canan”ı gerçəkləşdirir.

 

Ümumiyyətlə, şairin yubileylərinin qeyd olunduğu illəri haqlı olaraq Azərbaycan musiqisininNizami dövrü” adlandırırlar. Həmin illərdə 70-ə yaxın bəstəkarımız Nizaminin sözlərinə mahnı və romanslar yazıb, poemalarının qəhrəmanlarını və eləcə də onun özünün obrazını musiqi dili ilə ifadə etməyə çalışıblar. Bu əsərlərin ərsəyə gəlməsində şairin zəngin bədii irsi, şəxsiyyəti və həyat yolu müstəsna əhəmiyyət daşıyıb. Nizaminin “Xəmsə”si, qəzəlləri və obrazı əsasında yazılan əsərlər, demək olar ki, klassik musiqinin bütün janrlarını (opera, balet, müzikl, simfoniya, simfonik poema, süita, kantata, poema, oratoriya, xor, vokal-instrumental, instrumental, mahnı və romans) əhatə edir.

 

Bu yazıda mövzuya teatr sənəti estetikasından yanaşaraq operabalet nümunələrinə nəzər salacağıq.

 

 

 

Operalar

 

 

 

Nizami yaradıcılığına dair bu janrda ilk əsər 1910-cu ildə Aleksandr Oqenezaşvili və Mirzə Cəlal Yusifzadə tərəfindən “XosrovŞirin” poeması əsasında yazılmış “Fərhad və Şirin” operası (libretto: M.C.Yusifzadə) olub. Operanın ilk tamaşası 6 mart 1911-ci ildə Nikitin qardaşlarının sirkində baş tutub. Tamaşanın dirijoru isə Aleksandr Oqenezaşvili olub.  İlk nümayişin ardınca müəyyən düzəliş və fasilədən sonra  tamaşa bir də 1914-cü ildə yeni quruluşda (rejissor P.Araksi) izləyici ilə görüşüb.

 

Nizami yaradıcılığına opera janrında ikinci töhfəni maestro Niyazi verib. O, müəllifin eyniadlı əsəri əsasında “XosrovŞirin” (1941) adlı 4 pərdəli lirik-romantik operanı ərsəyə gətirib. Libretto müəllifi Mikayıl Rəfili  olan operanın rejissoru İsmayıl Hidayətzadə, dirijoru Niyazi, rəssamı  A.Y.Filippov, xormeysteri Y.A.Qrossman olub. Musiqi tariximizdə müstəsna yeri olan operanın ilk nümayişi 1942-ci ilin 7 mayında  Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında gerçəkləşib. Müəyyən fasilədən sonra tamaşaçılar 1944-cü ilin 14-16 aprel tarixində onu yeni redaksiyada izləyə biliblər.

 

Zülfüqar Hacıbəyov da yaradıcılığında Nizami irsinə yer ayırıb. O, “Nüşabəadlı opera (1946) yazıb. Operanın librettosunu Abdulla Şaiq (Nizamininİsgəndərnaməpoemasında təsvir edilən İsgəndərin Bərdə hakimi Nüşabə ilə görüşü əsasında yazdığı eyniadlı pyesin əsasında) qələmə alıb. Uvertüra əsərin qəhrəmanı Nüşabənin bir ariyası yazılsa da, opera tamamlanmayıb. Bəstəkarın arxivində əlyazması şəklində (153 vərəq) operanın klaviri, partiturası orkestrləmə saxlanılır.

 

Soltan Hacıbəyov isəİskəndər çoban” (1947) adlı birpərdəli opera yazıb. İlk milli uşaq operası hesab olunan bu əsər Bakı Pionerlər Evinin sifarişi ilə yazılıb. Librettosunu Nizamininİsgəndərnaməpoemasınınİqbalnaməhissəsinin əvvəlində verilən iki novella (“İsgəndərin başqırxan qulam ilə əhvalatıİsgəndər ilə çoban dastanı”) əsasında Mirmehdi Seyidzadə yazıb. Operanın ilk tamaşası 1947-ci ildə olub. Əsəri M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı musiqi məktəblərinin 100-ə yaxın şagirdi səsləndirib.

 

Nizami Gəncəvi yaradıcılığından bəhrələnərək yazılan musiqi əsərlərindən danışarkən  Ramiz MustafayevinŞirinadlı (1957) birhissəli operasını da qeyd etməliyik. Bəstəkarın diplom işi olan opera Səməd VurğununFərhad Şirindramı əsasında yazılıb Azərbaycan Dövlət Filarmoniyasında konsert ifasında Niyazinin dirijorluğu ilə səslənərək musiqi bilicilərinin rəğbətini qazanıb.

 

Bəstəkarlıq məktəbimizin sonrakı nəsil yetirmələri Nizami yaradıcılığına yer veriblər. Bu mənada Oqtay RəcəbovunXeyir Şər” (1991) ikipərdəli operasını qeyd etməliyik. Əsərin librettosunu Nizami GəncəvininYeddi gözəlpoemasındakı hekayə əsasında Mirvarid Dilbazi yazıb.

 

Rəşid Şəfəqin yaradıcılığında daBayquşların söhbəti” (1992) üçhissəli nağıl-opera var. Nizami Gəncəvinin 850 illiyinə həsr olunan operanın librettosu Hikmət Ziyanındır. ƏsərSirlər xəzinəsipoemasında verilənƏdalətli Nuşirəvan vəzirin hekayəsiəsasında yazılıb.

 

Eldar MansurovunYeddi gözəl” (2005) rok-operası da yeni üslublu maraqlı musiqi axtarışlarından hesab olunmalıdır. Əsər simfo-rok-muğam janrında yazılıb.

 

 

 

Baletlər

 

 

 

Nizami Gəncəvi yaradıcılığına müraciət edən böyük bəstəkarımız Qara Qarayev bir-birindən zəngin musiqi əsərləri yaradıb. Bu mənadaYeddi gözəlbaleti (libretto: İsmayıl Hidayətzadə, Yuri Slonimski, Sabit Rəhman) ən yaxşı nümunələrdəndir. 1952-ci ilin 7 noyabrında Azərbaycan Dövlət Opera Balet Teatrında ilk dəfə nümayiş etdirilən 4 pərdədən ibarət tamaşanın quruluşçu rejissor baletmeysteri Pyotr Qusev, məsləhətçi ayrı-ayrı rəqslərin quruluşçusu Qəmər Almaszadə, rəssamları Ənvər Almaszadə, Fyodr Qusak, dirijoru Kamal Abdullayev olub.

 

1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyü ərəfəsində baletin yeni musiqi-səhnə redaksiyası işlənilib. Əvvəlki dörd pərdəlik kompozisiya librettoda bəzi süjet dəyişikləri, musiqinin ixtisarı hesabına üç pərdəyə endirilib. Lakin əsərin mərkəzində qoyulan ideya, əsas dramatik xətlər qorunub saxlanılıb. 1964-cü ildə balet yenidən redaksiya edilib, əsərin fabulasında musiqi dramaturgiyasında əhəmiyyətli bir dəyişikliyə yol verilməsə , bu redaksiya xarakterlərin daha aydın qabarıq verilməsinə şərait yaradıb.

 

Bəstəkara böyük şöhrət gətirən bu əsərin ardınca o, “Leyli Məcnunbaletini yazır. Birpərdəli xoreoqrafik nümunə bəstəkarın eyniadlı simfonik poeması əsasında ərsəyə gəlir. İlk tamaşası 1969-cu ilin 15 mayında  Azərbaycan Dövlət Opera Balet Teatrında gerçəkləşən səhnə əsərinin baletmeysteri Nailə Nəzirova, rəssamları Ənvər Almaszadə, Toğrul Nərimanbəyov, dirijoru Rauf Abdullayev olub.

 

Görkəmli bəstəkarımız Fikrət Əmirovun yaradıcılığında da Nizami mövzusu özünə yer tapıb. Bəstəkar üçpərdəliNizami” (1984) baletini (libretto: Nailə Nəzirova Altay Məmmədov) yazıb. Baletin quruluşçu xoreoqrafı  Vadim Budarin, dirijoru Kazım Əliverdibəyov, rəssamları Toğrul Nərimanbəyov (dekorasiya), Tahir Tahirov (geyim eskizləri) olub. Fikrət Əmirovun vəfatından sonra bəstəkar Musa Mirzəyev müəllif musiqisinin xüsusi yazılışıdireksionu əsasında əsərin klavirini, sonra isə partiturasını tərtib edib. Balet Nizami Gəncəvinin 850 illik yubileyi münasibətilə 1991-ci ilin noyabr ayında Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının səhnəsində, sonra isə Moskvada nümayiş etdirilib.

 

Tofiq Bakıxanovun balet əsərləri arasındaXeyir Şəradlı (1990) birpərdəli nümunə var. NizamininYeddi gözəlpoemasında Çin gözəlinin söylədiyi hekayə əsasında yazılan əsər şairin 850 illiyinə həsr olunmuş müsabiqədə mükafata layiq görülüb. Libretto müəllifi, quruluşçu baletmeyster rejissoru Rəşid Əhmədov, rəssamı Tahir Tahirov olan baletin süjet xəttini Xeyirlə Şərin qarşıdurması təşkil edir.

 

Ümumilikdə Nizami Gəncəvi yaradıcılığı, onun bəşəri ideyaları çağdaş dövrün musiqiçiləri üçün aktualdır. Bu xüsusda klassik nümunələrin müasir səhnə-sənət formalarında təqdimatı, yeni nəslə onların diqqətini cəlb edəcək üslubda təqdimatı da vacib məqamlardandır. Bu mənada ilk nümunə kimi 2011-ci ildə təqdim olunanLeyli Məcnunmüziklini qeyd edə bilərik. Şairin 870 illiyinə həsr olunan müzikl 2011-ci ilin 17 dekabrında  Heydər Əliyev Sarayında nümayiş olunmuş maraqla qarşılanmışdı.

 

Həmidə NİZAMİQIZI

 

Qeyd: Yazıda bir sıra faktlar Səadət Abdullayevanın “Nizamidə musiqi, musiqidə Nizami” və Fərman RzayevinNizami Gəncəvi və teatr” kitablarından götürülüb.

 

Mədəniyyət.- 2021.- 30 aprel.- S.6.