“Tarix
yazan igidlərimiz” layihəsi davam edir
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına
Mərkəzi Kitabxanasının
“Tarix yazan igidlərimiz” layihəsi davam edir. Layihənin növbəti
təqdimatı Vətən
müharibəsinin şəhid
giziri Ümid Novruzluya həsr olunub.
Kitabxananın əməkdaşı Gülnar
Allahverdiyeva tərəfindən
Ümid Novruzlu haqqında videoçarx hazırlanıb. Videomaterialda şəhidin həyat
yolu haqqında məlumat və fotoları yer alıb.
Ümid
Bahadur oğlu Novruzlu 1992-ci il
iyunun 7-də Naxçıvan
MR Babək rayonunda anadan olub. 2009-cu ildə Babək qəsəbəsində Vəli
Mahmudov adına
1 nömrəli tam orta
məktəbi bitirib. 2010-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2012-ci ilin 1 avqustunda
N saylı hərbi hissədə müddətdən
artıq xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb.
2020-ci ildə gizir rütbəsi alan Ümid həmin il oktyabrın 24-də Vətən müharibəsinə yollanır. Döyüşlərdə qəhrəmanlıqla vuruşur, düşmənin xeyli canlı qüvvəsini məhv edir. Bir neçə dəfə yaralansa da, “Şuşaya Zəfər bayrağını sancacağam”, deyir. Ümid noyabrın 5-də Şuşa istiqamətində şücaət göstərərək şəhid olur. Noyabrın 13-də doğulduğu qəsəbədə torpağa tapşırılır. Qəhrəman şəhidin bir oğlu və bir qızı yadigar qalıb.
Mədəniyyət.- 2021.- 30
aprel.- S.6.