Nə yaxşı göydədi hələ
göy üzü...
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Hüseyn Bağıroğlunun Nə yaxşı göydədi hələ göy üzü şeirlər kitabı çapdan çıxıb. Kitabı 60 illik yubileyini qeyd edən şairin oxucuları qarşısında yaradıcılıq hesabatı kimi də dəyərləndirmək olar.
Kitabda yer alan bədii nümunələr insanları mənəvi ucalığa, saflığa, özünüdərkə, humanizmə səsləyir.
Kim deyir bu ömür,
bu gün havayı...
Hər ürək
bir eşqin uçmuş sarayı.
Səhərlər Günəşi, axşamlar
Ayı,
Gecələr özümü varaqlayıram...
Bir şəhid
əynində köynəkdi
Vətən deyən
şairin yeni kitabında yurd sevgili, şanlı Ordumuzun İkinci Qarabağ müharibəsində
qazandığı Qələbə
soraqlı şeirlər
xüsusi yer tutur. Vətən, Azərbaycanım,
Salam, əziz Şuşa,
Azərbaycan-Türkiyə, Sənin baban, Azərbaycan əsgəri
və başqa şeirlərdə doğma
torpağa bağlılıq,
Vətən övladlarının
misilsiz qəhrəmanlığı
yüksək poetik dillə nəzmə çəkilib.
Kitabın üz qabığında Hüseyn Bağıroğlunun
şeirin, bədii sözün yarandığı
sirli məqam haqqında düşüncələri
də verilib. Müəllif
şeirin doğulduğu
anı ağacların
yaşıl yarpaqlarında
gedən fotosintez prosesi ilə müqayisə edir: Şair həyəcanlanır
və belə deyək ki, öz orbitindən çıxır. Bir neçə
misranı qəbul edib orbitinə qayıdır. Sonra pərvanə
şamın başına
dolanan kimi şairin fikirləri də o misraların başına dolanır.
Yavaş-yavaş şeir
tam şəkildə görünür
və yazılır....
Qeyd edək
ki, Bakıda ReadENG Publishing MMC-də nəşr olunan kitabın redaktoru Mədəniyyət qəzetinin
baş redaktor müavini Fariz Yunislidir.
Bundan əvvəl
Hüseyn Bağıroğlu
Adam kölgəsinə səsləmə
məni (1998), Mən
çiynimdən yerə
qoydum dünyanı
(2001), Başımda qar
olur, ayağımda yaz (2010) adlı kitabları ilə oxucuların görüşünə
gəlib.
Mədəniyyət.- 2021.- 4
avqust.- S.7.