“Ömrün payız
çağı”nı vərəqləyərkən
Şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zahidə Nüsrətqızının bu günlərdə təqdimatı keçirilən “Ömrün payız çağı” kitabı ilə biz də tanış olduq. Kitabda müəllifin oxucunu heyrətləndirən, dərin düşüncələrə qərq edən, sözün sehrinə salan, ülviyyətə səsləyən şeirləri yer alıb.
Şair
şeir yazır, misralar düzür,
Sərir vərəq üstə düşüncələri.
Gizlənir yazdığı misralar
altda
Bir şair sevinci, şair kədəri...
Nəşrin ön söz müəllifi və redaktoru, filologiya üzrə fəlsəfə
doktoru Vahidə Cəfərzadə bildirir
ki, şairin həyata, gerçəkliyə,
dünyada və ölkəmizdə baş
verən hadisələrə
özünəməxsus münasibəti
var. Mənəvi-əxlaqi mövzulu
şeirlərdə həssas
bir ana qəlbinin
çırpıntıları eşidilir. Kitabda uzun illər
xalqımızın bağrında
ağrıya çevrilən
Qarabağ mövzusunda
şeirlər qırmızı
xətlə keçir.
Kitabı vərəqlədikcə oxucunun
gözləri qarşısında
söz duyumlu, həyata sevgi ilə yanaşan, Bakı küləyinin romantikliyini incə misralara düzən zərif qəlbli, zəhmətkeş bir ana obrazı canlanır.
Mədəniyyət.- 2021.- 4
avqust.- S.7.