“Mənim qürurum – ana dilim”
Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS Mərkəzi Kitabxananın Uşaq şöbəsində “Ana dilimiz milli varlığımızdır” mövzusunda tədbir keçirib.
Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Mərkəzi Kitabxanasında keçirilən “Bu dil dahilərin dilidir” adlı tədbirdə Azərbaycan əlifbasının və dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dövlətimizin ana dilimizə göstərdiyi qayğı haqqında məlumat verilib. Ana dilimizə həsr edilmiş şeirlər söylənilib. Tədbir iştirakçıları əlamətdar günlə bağlı kitab sərgisi ilə tanış olublar.
Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Mərkəzi Kitabxanasında “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür” adlı tədbir keçirilib.
Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Heydər Əliyev Mərkəzində “Ana dilimizə Heydər Əliyev qayğısı” mövzusunda videokonfrans keçirilib. Göyçay rayon Heydər Əliyev Mərkəzində isə dilimizin bayramı münasibətilə dəyirmi masa təşkil olunub.
Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Heydər Əliyev Mərkəzində 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub. Zaqatala rayon Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxananın Uşaq şöbəsi və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Mənim qürurum – ana dilim” adlı tədbir gerçəkləşib. Oğuz rayonunun Bayan kənd kitabxanasında, açıq havada “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür” başlığı altında tədbir təşkil edilib.
Mədəniyyət.- 2021.- 4
avqust.- S.4.