Obrazlarını yaşayan
sənətkar
Elə sənətkarlar var ki, fərdi istedadları sayəsində yaddaşlarda əbədi iz salır, unudulmurlar. Əmək fəaliyyətinin çox hissəsini teatra həsr edən, yaradıcılıq metodu səmimilik, təbiilik olan, Azərbaycan kinosunda 20-dən artıq filmdə yaşarı rolları ilə hafizələrdə qalan Yusif Yulduzun (1905–1979) sənət sevgisi, bilgisi də uğuruna zəmin yaradıb. Kinoda tipik surətlər yaradan, lakin potensialı tam açılmayan, dərin sənət bilgisi arxa planda qalan aktyorun anadan olmasının 116-cı ildönümündə yaradıcılıq mündəricəsini izləyəcək, xarakterik kino obrazlarını yada salacağıq.
Kinoya təsadüfən gəlməmişdi
Yusif Yulduzun sənət estetikasını dərindən bilməsi görkəmli kinorejissorların quruluş verdiyi filmlərə dəvət almasına, məntiqli ekran əsərlərində yaradıcı heyətə daxil olmasına, tədricən filmlərdə rejissor assistenti, rejissor işləməsinə, dublyaj rejissoru kimi fəaliyyət göstərməsinə səbəb olub.
Ekran obrazları daha çox epizod, kiçikplanlı olan sənət bilicisinin rejissorların diqqətindən yayınmaması onun kinoya təsadüfən gəlməməsindən, sənət peşəkarı olmasından xəbər verir. Onun potensial zənginliyini kinoda bəyan edən debüt rolu “O olmasın, bu olsun” kinokomediyasındakı bəy surətidir. Aktyor filmdə kütləvi səhnələrdə, arxa planda təqdim olunan rolun təfsirində ifadə və jest baxımından hadisələrin ifadəli şərhinə dəstək olur, özünəməxsus təqdimatda mövcud vəziyyəti təhlil edir. Bundan sonra “Əhməd haradadır?” kinokomediyasında Yusif obrazı ilə filmin komik mexanizmini sadə vətəndaşın həyat tərzi fonunda səmimi priyomlarla davam etdirən, köməkçi planların koloritini yüksək, özünəməxsus tapıntılarla rövnəqləndirən aktyor növbəti ekran obrazlarını (məhdud imkan çərçivəsində belə) daha ifadəli, xarakterik yaradır.
Görkəmli kinorejissor Həsən Seyidbəylinin “Möcüzələr adası” (1963) filmində Qulam dayı obrazını həvalə etdiyi aktyorun oyunu rolu kiçik planda belə tanıtmasına, köməkçi personajın hadisələrin məziyyətinin açılmasında fəal iştirakına imkan yaradıb. Aktyorun həyat materiallarından mayalanan digər ekran personajları (Qoca – “Şərikli çörək”, Falçı – “Qərib cinlər diyarında”, Hacı Xeyri – “Yenilməz batalyon” və s.) daha genişplanlı rolları oynamağa qadir olduğunu bir daha təsdiqləyir.
“Azərbaycanfilm”də uzun illər kinooperator işləmiş Fəramiz Məmmədovun aktyor haqqında xatirələri bu təsəvvürümüzü dəqiqləşdirir: “Yusif Yulduz işinə çox dəqiq yanaşan sənətkar idi. Çəkilişə heç vaxt gecikmirdi, dublyaj fəaliyyətinə də məsuliyyətlə yanaşırdı. Hamı ilə dil tapan, yola gedən insan idi. Səsyazma studiyasında kiminsə işi tələsiyə düşəndə öz növbəsini ona verir, özü isə növbəti günü öhdəliyində olan filmi dublyaj edirdi.
Sakit xarakterli
insan idi. Sanki öz dünyası vardı. Heç vaxt yeməkxanada
yemək yemirdi. Yeməyi həmişə
evdən gətirir, kənarda bir masada əyləşib
sakitcə naharını
edir, sonra isə işinin başına keçirdi.
“Yenilməz batalyon”
filmində quraşdırılmış
səhnələr üzrə
operator olan Mirzə Mustafayevin assistenti kimi çalışırdım. Yadımdadır, Hüseyn Seyidzadə Yusif Yulduza aid olan kadrları bir dubla çəkirdi.
Yusif Yulduz isə bundan narahatlıq hissi keçirirdi.
Deyəndə ki, “Hüseyn müəllim, bəlkə
bir dubl da çəkək, hansı yaxşı alınsa, onu saxlayarsınız” Seyidzadə
qəti şəkildə
bildirirdi ki, “Yusif bir dəfə
çəkildi bəsdi,
yaxşıdı”.
Filmdə
Anatoli Yurçenko, Mixail Orlov və
digər dəvətli aktyorlar
çəkilirdilər. Onlar da Yusif Yulduzun kiçikplanlı rolu böyük coşqu ilə ifa etməsinə
heyran olurdular, ona çox yaxşı münasibət
bəsləyirdilər. Yusif Yulduz rolu
üzərində həmişə
işləyən peşəkar
idi”.
Müsahibimizin Yusif Yulduz haqqında
söylədikləri və
onun uzunmüddətli
teatr fəaliyyəti kinoda genişplanlı rollara dəvət almaması haqqında sual doğurur. Əməkdar incəsənət xadimi, tanınmış teatrşünas-tənqidçi
İlham Rəhimlinin Yusif Yulduza həsr
olunmuş məqaləsindən
isə bu və ya digər
suallara cavab tapırıq. Həmin məqalədən
müəyyən çıxarışları
oxucuların diqqətinə
çatdırırıq.
Qısa
arayış
“Yulduz” təxəllüsü
ilə məşhurlaşan
Yusif Seyfulla oğlu Əliyev əslən Cənubi Azərbaycandandır. 1905-ci il
avqustun 4-də Bakıda
anadan olub. Yeddi yaşı olanda bir il dəmirçi yanında şəyird durub. 1913-cü ildə
Türk-rus (rus-tatar) məktəbinə gedib.
İki il
orada oxuduqdan sonra Alekseyev adına Ali ibtidai məktəbə keçib
və üç il burada təhsil
alıb. 1918-ci ildə Politexnik məktəbinin mexanika şöbəsinə daxil
olub. 1920-ci ildə “Gənc işçi” qəzetində
məsul katib və redaktor işləyib. Bir müddət
sonra Moskvada Şərq Zəhmətkeşlərinin
Komitəsi Təbliğat,
təşviqat şöbəsinin
müdiri işləyib
(1922-1925). Teatra xüsusi marağı
olduğuna görə
1925-ci ildə Peterburqa
gedib, Peterburq Səhnə sənəti məktəbində Sergey Pavlovun
rejissor sinfində ixtisas təhsili alıb. Kursun diplom tamaşası
Şekspirin “Otello” faciəsi olub. Otello rolunu da
Yusif Yulduz özü oynayıb (sonralar o, Tiflisdə və Gəncədə özü quruluş verdiyi “Od gəlini”
tamaşasında Elxan
obrazını ifa edib). 1927-ci ildə
təhsilini bitirərək
Bakıya qayıdıb.
Milli Dram
Teatrına rejissor götürülüb və
müxtəlif tamaşalara
quruluş verib. Azərbaycan milli rejissor məktəbinin ilk təhsilli
peşəkar rejissorlarından
olan Yusif Yulduz bu sənətin
formalaşmasında müstəsna
xidmət göstərən
sənətkarlardan biri
idi. Onun həm realist, həm
romantik, həm də romantik-psixoloji səpkidə monumental quruluşları
olub.
Səyyar
rejissor
1932-ci ildə az
müddət Naxçıvan
Dövlət Dram Teatrının
baş rejissoru olan Yusif Yulduz
1932-1933-cü illərdə Ordubad Dövlət Dram Teatrında baş rejissor işləyib. 1933-cü ilin aprelində
teatr bağlandığına
görə Bakıya qayıdıb. Burada ona iş vermədiklərinə
görə 1933-cü ilin
sonundan 1934-cü ilin əvvəlinə kimi Lənkəranda klub müdiri işləyib.
Lənkərandan qayıdanda əvvəlcə Akademik Dram Teatrına sıravi quruluşçu rejissor götürülən (16 fevral 1934) Yusif Yulduz 1934-cü il oktyabrın 9-da teatra baş rejissor təyin olunub. Bir qədər işləyəndən sonra həmin ilin noyabrında o, sənət yardımı üçün birillik müddətə Aşqabad Dövlət Azərbaycan Teatrına (“Az Millətlər Teatrı”) göndərilib. Bu teatrda səhnə ustalarının artması, ifadə, üslub vasitələrinin zənginləşməsi, teatrın peşəkarlıq yönümdə formalaşması, monumental yaradıcılıq yoluna yön alması məhz Yusif Yulduzun rejissorluğuna bağlıdır.
1935-ci ilin noyabrında Aşqabada ezamiyyəti sona çatan Yusif Yulduz Bakıya qayıdıb. Amma Akademik teatra nəinki baş rejissor, hətta heç sıravi quruluşçu rejissor kimi də götürməyiblər. Xalq Maarif Komissarlığı İncəsənət İşləri İdarəsinin sərəncamı ilə Tatarıstan Natsmen Dövlət Teatrına bədii rəhbər göndərilən rejissor bir ilə yaxın orada çalışıb. 1936-cı ildə Bakıya qayıdanda onu Naxçıvan teatrına bədii rəhbər təyin ediblər. Həmin ilin ikinci yarısında isə Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş rejissor vəzifəsinə gedib. Orda çox qala bilməyən rejissor Azərbaycana qayıdıb, 1938-ci ilin oktyabr ayından 1939-cu ilin iyun ayınadək Mirzəağa Əliyev adına Şamaxı Dövlət Kolxoz və Sovxoz Teatrında baş rejissor işləyib.
Bir müddət səyyar rejissor kimi müxtəlif rayon teatrlarında çalışdıqdan sonra 1939-cu ildə qısa müddətə Gənc Tamaşaçılar Teatrına sıravi rejissor götürülən Yusif Yulduz müxtəlif illərdə Qazaxıstanın Çardus vilayətinin Kerk Kolxoz və Sovxoz Teatrında (1942), Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında (1946-1947), Göyçay Dövlət Dram Teatrında (1948-1949), Gəncə Dövlət Dram Teatrında (1935-1936 və 1950-1952), Abbasqulu ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında (1955) bədii rəhbər və ya baş rejissor vəzifələrində çalışıb. Həmçinin İrəvan Dövlət Azərbaycan Dram Teatrında (1939-1940), Lənkəran Dövlət Dram Teatrında (1946-1947) sıravi rejissor kimi quruluşlar verib.
Şəhla ƏMİRLİ
Kinoşünas
Mədəniyyət.- 2021.- 4
avqust.- S.7.