Mədəniyyət Nazirliyi
sistemində kadr təyinatı
Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Qalib Həsənov Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Qalib Şamil oğlu Həsənov 1974-cü ildə Ağcabədi rayonunda anadan olub. Azərbaycan Universitetinin beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bakalavr (1995) və beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr (1999) pillələrini bitirib. Pakistan Xarici İşlər Nazirliyi tərəfindən İslamabad şəhərində təşkil edilmiş “Diplomatik kurs”da (1997), Koreya İnkişaf Agentliyi tərəfindən təşkil edilmiş “Bazar iqtisadiyyatı, Koreyanın inkişaf təcrübəsi” (1998), Budapeşt şəhərində “Ticarət diplomatiyası” kurslarında (1999) iştirak edib.
Əmək fəaliyyətinə
1996-cı ildə Xarici İşlər
Nazirliyində başlayıb. 1999-2000-ci illərdə Azərbaycanın
Pakistandakı Səfirliyində, 2000-2004-cü illərdə
ölkəmizin İstanbul şəhərindəki
Baş konsulluğunda
müxtəlif vəzifələrdə, 2004-2009-cu illərdə
Xarici İşlər Nazirliyində
şöbə müdiri, 2009-2010-cu illərdə
Azərbaycanın Moldovadakı Səfirliyində müşavir, 2010-2013-cü illərdə Xarici İşlər Nazirliyində şöbə
müdiri, 2013-2017-ci illərdə
Macarıstandakı səfirliyimizdə müşavir
vəzifələrində çalışıb. Birinci dərəcəli müşavir
diplomatik rütbəsinə malikdir.
Mədəniyyət.- 2021.- 18
avqust.- S.4.