Azərbaycanlı rejissor nüfuzlu kinofestivalın münsiflər heyətində

 

 

Avqustun 13-də 27-ci Sarayevo Film Festivalı (Bosniya Herseqovina) başlanıb.  Azərbaycanlı rejissor Teymur Hacıyev festivalın münsiflər heyətində yer alıb. O, “Qısametrajlı Avropa filmlərikateqoriyasında ekran əsərlərini qiymətləndirəcək. Bu kateqoriyada münsiflər heyətinə tanınmış rumın operatoru ssenaristi Taina Qalis xorvat rejissor Tin Zanic daxildir. Qısametrajlı Avropa filmlərikateqoriyasında 9 ölkədən 13 film yarışır.

 

1995-ci ildə əsası qoyulan Sarayevo Film Festivalı Cənub-Şərqi Avropanın nüfuzlu kino forumu hesab edilir. Festival avqustun 20-dək davam edəcək.

 

Qeyd edək ki, Teymur HacıyevYara” (2013), “Şanxay, Bakı” (2015), “Duz, istiotzövqə görə” (2018) s. ekran əsərlərinin müəllifidir. Ötən il Kann FestivalınınTənqid həftəsi”nin qısametrajlı filmləri arasında rejissorunAxşama doğruekran əsəri yer alıb. T.Hacıyevin prodüseri olduğuAyrılıqda” (“Torn”) filmi 2014-cü ildə Kann FestivalınınRejissor ikihəftəliyiproqramına daxil edilmişdi.

 

LALƏ

 

Mədəniyyət.- 2021.- 18 avqust.- S.3.