Xalq artisti Rəfiqə Axundova “Şöhrət” ordeni ilə təltif edilib
Prezident
İlham Əliyev avqustun 6-da Azərbaycan balet sənətinin görkəmli nümayəndəsi,
respublikanın Xalq artisti Rəfiqə Hacı qızı Axundovanın “Şöhrət”
ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Avqustun 7-də 90 yaşı tamam olan Xalq
artisti Azərbaycan mədəniyyətinin inkişafında
xidmətlərinə görə
təltif edilib.
Rəfiqə Axundova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, baş baletmeysteri olub. Həyat yoldaşı, Xalq artisti Maqsud Məmmədovla tərəf-müqabil olaraq bir çox balet tamaşalarında əsas partiyaları ifa edib. Bakı Xoreoqrafiya Məktəbinin (indiki BXA) bədii rəhbəri olub.
Rəfiqə Axundovanı yubileyi
və yüksək dövlət təltifi münasibətilə
təbrik edir, möhkəm
cansağlığı arzulayırıq.
Mədəniyyət.- 2021.- 18
avqust.- S.2.