120 yaşlı Xan – ruhu da, səsi də azad yurdundadır
Avqustun 20-si Azərbaycan muğam sənətinin böyük ustadı, məşhur xanəndə, Xalq artisti Xan Şuşinskinin (1901–1979) anadan olmasının 120 ili tamam olur. Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov) muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” kimi dillər əzbəri olan mahnı və təsnifləri bəstələyib.
Ustad xanəndə İslam Abdullayevin tələbəsi
olan İsfəndiyar Cavanşirov
Xan Şuşinski
adını təsadüfən qazanmayıb. Hər kəs anadan olanda ona ad verilir
və nadir insanlar olur ki, onlar
həyatda ad qazanırlar. Xan Şuşinski
hələ gənc yaşlarından ecazkar səsi, ifası ilə muğam sənətinin Xanı olduğunu sübuta yetirmişdi.
Sənətkarın vəfatından
13 il sonra
doğma yurdu, səsi ilə dağlarına, Cıdır
düzünə səs
saldığı Şuşa
yağı düşmən
tərəfindən işğal
edildi. Günə gün 28 il
6 ay sürən bu işğal dövründə
Xanın ruhu sərgərdan idi, səsi Şuşadan havalanacağı günü
gözləyirdi.
Bu gün
Xan Şuşinskinin yurdu artıq azaddır. Xanəndənin 100 illik yubileyini də, 110 illik yubileyini də
Şuşasız qarşılamışdıq. Bu gün ustadın 120
yaşı tamam olur və
ruhu da, səsi də azad yurdunda, Azərbaycanın
mədəniyyət paytaxtı Şuşadadır...
Mədəniyyət.- 2021.- 20
avqust.- S.1.