Şamaxı Astrofizika RəsədxanasındaYay Fest”

 

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında gənclər üçünYay Fest” düşərgəsi təşkil olunub. Layihə üzrə müxtəlif tədbirlər keçirilir.

 

Ulduzlara doğrudevizi ilə gerçəkləşən festivalda gənclər üçün astroseminar təşkil edilib.

 

RəsədxananınPlanetlər kiçik səma cisimlərişöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Ədalət Ətayi düşərgə iştirakçılarına astronomiyanın tarixi, rəsədxananın qurulması, aparılan astronomik tədqiqatlar haqqında məlumat verib. Alim Günəş sistemi planetləri, kosmik aparatlar yerdənkənar sivilizasiyalar haqqında məruzə ilə çıxış edib.

 

Nəzəri astrosəyahətdən sonra festival iştirakçıları 70 santimetrlik teleskop ilə Ayı və Saturnu müşahidə ediblər.

 

Mədəniyyət.- 2021.- 25 avqust.- S.4.