“Mənim atam qəhrəmandır”
layihəsində növbəti tədbir
Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün müvafiq dövlət qurumlarının dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə reallaşdırılan “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbir Dağüstü parkda təşkil olunub. Müdafiə
Nazirliyinin Təlim və Tədris Mərkəzindən ekskursiya
avtobuslarında şəhəri
gəzən şəhidlərin
övladları “Zəfər
marşı”nı ifa edərək tədbirə qatılıblar.
Tədbirin rəsmi hissəsində
aparıcı Nərgiz
Cəlilova qəhrəman
övladlarını, şəhid
analarını və
xanımlarını, tədbirə
qatılan digər qonaqları salamlayıb, şəhidlərimizin xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış
edən Müdafiə
Nazirliyinin Sosial müdafiə şöbəsinin
rəisi Həbib Məmmədov Vətən
uğrunda canından keçmiş oğullarımızın
övladlarının hər
birimiz üçün
bir əmanət olduğunu vurğulayıb,
bu cür tədbirlərin əhəmiyyətini
diqqətə çatdırıb.
Daxili İşlər Nazirliyinin
mətbuat xidmətinin
rəis müavini,
polis polkovnik-leytenantı Hafiz Təmirov, Bakı Şəhər Gənclər
və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da şəhid
və qazilərimizin qəhrəmanlıqlarının xalqımız tərəfindən
heç vaxt unudulmayacağını qeyd
ediblər.
“Fire Land Production”ın rəhbəri Cəlal Qurbanov tədbirin əsas məqsədinin qanı ilə tarix yazan hər
bir şəhidimizin uşaqdan böyüyə
hər kəsin yaddaşına həkk olunması, daim qürurla xatırlanması
olduğunu deyib. O, layihənin
hüdudlarının təkcə
Bakı şəhərini
əhatə etməyəcəyini,
Azərbaycanın digər
bölgələrində də
bu cür tədbirlərin keçiriləcəyini
bildirib.
Tədbirin qonağı – Əməkdar
artist Sevda Ələkbərzadə
də qəhrəmanlarımızın
anaları, ailə üzvləri ilə hisslərini bölüşüb,
“Sən yadıma düşəndə” mahnısını
ifa edib.
Sonra “Əbədi məşəl”
abidə-kompleksində qəhrəmanlarımızın
övladları “Zəfər”
marşını oxuyaraq
və səmaya ağ göyərçinlər
uçuraraq dünyaya
“Müharibə olmasın!
Uşaqlar atasız qalmasın!”
mesajını veriblər.
Qəhrəmanların övladlarına “Xarıbülbül” döş
nişanı hədiyyə
olunub.
Mədəniyyət.- 2021.- 25
avqust.- S.3.