Antalya dəb həftəsində “Böyük Qayıdış” kolleksiyası

 

Türkiyənin Antalya şəhərində keçirilən dəb həftəsində – “Antalya Fashion Week Digital 2021”də Azərbaycanın tarixi Zəfərinə və Qarabağın azad edilməsinə həsr olunmuşBöyük Qayıdış” (The Great Return) adlı kolleksiya təqdim edilib.

 

Kolleksiya özündə bir sıra anlamlı mesajlar daşıyır. Vətən müharibəsində Zəfər 2020-ci ilin 11-ci ayında – noyabrda qazanıldığı üçün kolleksiya 11 geyimdən ibarət olub. Kolleksiyanın təqdimatı isə 8 rəqəminin istifadəsi ilə Şuşanın azad edildiyi günü, əbədilik və Zəfər bayramımızı özündə əks etdirir.

 

Yeni kolleksiyanın digər özəlliyi isə “Xarıbülbül” rəsmlərinin və aksesuarlarının da yer aldığı libaslardan ibarət olmasıdır. Əl ilə işlənmiş saç sancaqları azərbaycanlı usta Nigar Nəsibli tərəfindən xüsusi olaraq bu kolleksiya üçün hazırlanıb.

 

 

Mədəniyyət.- 2021.- 27 avqust.- S.1.