YARAT”da açılan “XX əsrin son çiçəkləri...”

 

Dekabrın axırınadək ziyarət üçün açıq olacaq

 

 

 

“YARAT” Müasir İncəsənət Mərkəzində açılan “XX əsrin son çiçəkləri: Y nəsliadlı qrup sərgisi davam edir. Sərgidə Azərbaycan, Gürcüstan, İsrail Ukraynadan olan gənc rəssamların əsərləri yer alıb.

 

“Y nəsli yamilleniallar” – XX əsrin son onilliklərində (80-90-cı illər) doğulmuş, lakin yeni minillikdə böyümüş insanlardır. Onları əvvəlki sonrakı nəsillərdən fərqli olan insanlar kimi dəyərləndirirlər ki, bu da həmin nəslin unikallığını vurğulayır. Ötən əsrin “son çiçəklərisayılan bu nəsil, mövcud reallığı şəxsi reallıqları vasitəsilə qurublar.

 

Sərgi başlıca diqqəti sosial qavrayışın müxtəlif səviyyələri vasitəsilə özünüidentifikasiya özünüifadə üsullarına cəlb edir. Sərgi sovet keçmişinə istinad edən reallığı əks etdirməklə rəssamların gənclik təcrübəsini ifadə edir. Statik ya dinamik, durğun ya mütərəqqiburada insanların həyatı necə qavraması ilə bağlı müxtəlif təsvirlər var. Yaddaş nostaljiyə qərq olan əsərlər sözügedən nəslin formalaşmasında həlledici amil kimi çıxış edən sosial mühiti tədqiq edir. Əsərlər mədəniyyət, submədəniyyət tendensiyalar kimi anlayışlara nəzər salaraq həyat tərzi davranışla bağlı əsas ahəngləri ortaya qoyur.

 

“XX əsrin son çiçəkləri: Y nəslisərgisi 6 gənc rəssamın video, fotoqrafiya fotoinstalyasiyalarını bir araya gətirir. Alina Orlov (İsrail), Giorgi Rodionov (Gürcüstan), Zamir Süleymanov (Azərbaycan), Yarema Malaşçuk, Roman Himey Saşa Kurmazın (hər üçü Ukrayna) seçilmiş əsərləri, eyni zaman kəsiyində yaşayan müxtəlif ölkələrdən olan gənclərin fərqli reallıqlarını, dəyərlərini qavrayışlarını nümayiş etdirir.

 

Dekabrın 30-dək ziyarət üçün açıq olacaq sərginin kuratoru Fərəh Ələkbərlidir.

 

Mədəniyyət.- 2021.- 27 avqust.- S.3.