Goranboyda Qafqazın qədim unikal abidəsi aşkarlanıb
Azərbaycan və Fransa
arxeoloqlarının birgə ekspedisiyası
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Fransa Milli Elmi Araşdırmalar Mərkəzi arasında anlaşma memorandumuna əsasən, Goranboy rayonunun Qaraçinar kəndi ərazisində arxeoloji tədqiqatlara başlanılıb.
Bu barədə AMEA-dan
bildirilib. Qeyd olunub ki, arxeoloqlar
Müzəffər Hüseynov,
Bəxtiyar Cəlilov və onların fransalı həmkarı Culio Palumbinin rəhbərlik etdiyi beynəlxalq arxeoloji ekspedisiyanın apardığı
qazıntıların ilkin
nəticələrinə görə,
Qaraçinar abidəsi
Eneolit, İlk Tunc, Antik və
Orta əsrlər dövrlərini əhatə
edir.
Yaşayış yerində aparılan araşdırmalar zamanı
Kür-Araz mədəniyyətinin
mənşəyi və
inkişaf dinamikası
haqqında yeni fikirlər söyləmək
mümkün olub. Qazıntılar zamanı aşkarlanan maddi mədəniyyət nümunələri Fransa və İtaliyadan olan mütəxəssislərin
də diqqətini çəkib.
Qaraçinar qədim yaşayış
yerində aparılan qazıntılarda iştirak
etmək üçün
İtaliyadan dəvət
olunan topoqraf mütəxəssis tərəfindən
abidənin geniş topoplanı və qazıntı sahəsinin
3D görüntüləri hazırlanıb. Abidədə aparılan tədqiqatlar
zamanı müasir elmin tələblərinə
uyğun üsullardan istifadə edilib, fotoqrammetrik çəkilişlər
aparılıb və beynəlxalq laboratoriyalarda
analiz etmək üçün müxtəlif
artefaktlardan nümunələr
götürülüb.
Mədəniyyət.- 2021.- 27
avqust.- S.4.