“Bədii söz sənətinin
incisi”
Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Nizami Gəncəvi İli” çərçivəsində “Ağcabədi gəncliyi və Ağcabədi ədəbi mühiti” mövzusunda dəyirmi masa təşkil edilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri – şairlər Gündüz Sevindik, Məhsəti Musa, rayon Tarix-Diyarşünaslıq Muzeyi və Gənclərin İnkişaf və Karyera Mərkəzi Ağcabədi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Ağdaş Regional Mədəniyyət İdarəsi Göyçay rayon Heydər Əliyev Mərkəzinin kitabxanasında oxucuların iştirakı ilə Nizami Gəncəvi əsərlərinin müzakirəsi təşkil olunub.
Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin Hüseynbəyli kənd kitabxana filialı “Nizami Gəncəvi poeziyası” adlı “ucadan oxu saatı” təşkil edib.
Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa Dövlət Rəsm Qalereyası və rayon MKS-nin birgə təşkilatçılığı ilə “Bədii söz sənətinin incisi” adlı tədbir keçirilib. MKS-nin və Ağstafa Dövlət Rəsm Qalereyası əməkdaşlarının iştirak etdiyi tədbirdə dahi şairin poetik qüdrətindən söz açılıb.
Sabirabad Regional Mədəniyyət
İdarəsi Sabirabad rayon
Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət
göstərən Əhmədabad kənd Folklor
evində “Nizami-880” mövzusunda tədbir keçirilib. Çıxışlarda bəşəriyyətin
bədii fikir salnaməsində yeni səhifə açmış Nizami Gəncəvinin həyat və
yaradıcılığından bəhs olunub.
Mədəniyyət.- 2021.- 27
avqust.- S.4.