Azərbaycan muğam sənətinə həsr olunmuş qısametrajlı film

 

 

Beynəlxalq Muğam Mərkəzi tərəfindən 26 avqust – “Azərbaycan muğamı günü” münasibətilə qısametrajlı film hazırlanıb.

 

Filmdə Azərbaycan muğam sənətinin inkişafı, UNESCO tərəfindən dünya qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi, ölkəmizdə muğam sənətinə göstərilən diqqət əksini tapıb.

 

Ekran əsərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİCESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın muğam sənətinin inkişafına göstərdiyi qayğıya geniş yer verilib. Həmçinin tanınmış muğam ifaçılarımızın bu sənətlə bağlı fikirləri yer alıb.

 

Beynəlxalq Muğam Mərkəzinin sosial şəbəkə səhifələrində paylaşılan filmdə ölkəmizdə keçirilmiş muğam müsabiqələri haqqında videomateriallardan da istifadə edilib.

 

Filmin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, quruluşçu rejissorussenari müəllifi İlqar Əkbər, operatoru Fuad Təhməzli, redaktoru Lalə Azəridir.

 

Mədəniyyət.- 2021.- 27 avqust.- S.5.