“Koroğlu”
operası nümayiş olunub
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş olunub.
Səhnə əsərində Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandırıb. Digər rolları teatrın aparıcı solistləri – Xalq artistləri Əli Əsgərov (İbrahim xan), Əkrəm Poladov (Alı kişi), Fidan Hacıyeva (Xanəndə qız), Əməkdar artistlər İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan), Tural Ağasıyev (Həmzə bəy), Əliəhməd İbrahimov (Təlxək), Mahir Tağızadə (Ehsan paşa) və başqaları ifa edib.
Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edib.
Üzeyir Hacıbəyli
yaradıcılığının zirvəsi və milli musiqi sənətinin parlaq səhifəsi olan “Koroğlu” operası ilk dəfə
1937-ci il aprelin 30-da Azərbaycan
Dövlət Akademik Opera
və Balet Teatrında tamaşaya
qoyulub. Beş pərdədən
ibarət operanın librettosunu Heydər
İsmayılov və Məmməd Səid Ordubadi
yazıblar.
Mədəniyyət.- 2021.- 1
dekabr.- S.5.