Lənkəran teatrı Biləsuvarda
Lənkəran Dövlət Dram Teatrının truppası Biləsuvarda qastrol səfərində olub. Teatrın aktyorları Biləsuvar RMİ Biləsuvar şəhər Mədəniyyət evinin səhnəsində Cəfər Cabbarlının “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” pyesinin tamaşasını nümayiş etdiriblər. Tamaşaya Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov quruluş verib.
Biləsuvar Rayon
İcra Hakimiyyətinin
başçısı Faiq Qürbətov,
idarə, müəssisə və təşkilat rəhbərləri,
ictimaiyyət nümayəndələrinin maraqla
izlədiyi tamaşada rolları Aynur Əhmədova, Səyad Əliyev, Xalq artisti Qabil
Quliyev, Əməkdar artist
Sucəddin Mirzəyev, Qızılgül Quliyeva,
Əbülfəz Axundov, Tərlan Abdullayev, Emin Fərzullayev,
Miraslan Ağayev, Təranə
Fərəcova və Amil İbrahimli
canlandırıblar.
Mədəniyyət.- 2021.- 1
dekabr.- S.4.