İnsanlıq var olduqca Nizami ideyaları da yaşayacaq

 

Nizami Gəncəvi Beynəlxalq Forumu başa çatdı

 

 

Dahi Azərbaycan şairinin bəşəriyyəti sülhə, əmin-amanlığa, birliyə, bərabərliyə, inkişafa, yeniliyə səsləyən idealları hər zaman aktualdır. İnsanlıq var olduqca Nizami ideyaları da yaşayacaq, böyük söz ustadı bizim müasirimiz olaraq qalacaq.

Bu fikirlər 24-26 noyabr tarixində Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunda edilən çıxışların, dinlənilən məruzələrin ümumi leytmotivi kimi qəbul oluna bilər.

Forumun rəsmi sənədi – bütün iştirakçılar adından qəbul edilən kommünikebunu ifadə edir: Nizami dühasının zaman-məkan məfhumundan asılı olmayan ideyaları qlobal miqyasda fərqli mədəniyyətlər və sivilizasiyalar haqqında təsəvvürün təşəkkülü baxımından olduqca əhəmiyyətli olmaqla yanaşı, güclü təsir və nüfuza malikdir. Dahi Nizaminin əsərlərində istər ayrı-ayrı insanların inkişafına, istərsə də ümumilikdə cəmiyyətə aid olan bir sıra məsələlər işıqlandırılır, insan həyatının, demək olar ki, bütün aspektləri xüsusunda ensiklopedik yanaşma tərzi nümayiş etdirilir”.

Forumun sonuncu günü – noyabrın 26-da iki panel iclası keçirildi.

 

***

 

“Xəmsə” dialoqlarının didaktik rolumövzusuna həsr olunan panel AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədovun moderatorluğu ilə gerçəkləşdi.

 

İtaliyanın Piemonte Universitetinin professoru Stefania SiniNizaminin real sözü” adlı məruzəsində qeyd etdi ki, “İskəndərnamə” poemasında şair İskəndərlə Daranın müqayisəsində birincinin ağıl və məntiqini əşyalarla təsvir edərək hökmdarların düşüncələrini obyektlərin simvolik gücü ilə göstərir.

 

Özbəkistandan professor Bakijon Tukiyev “Əlişir Nəvainin “Xəmsə”sində Nizaminin tərifi” məruzəsini təqdim etdi. Bildirdi ki, Nizaminin “Xəmsə”sinə nəzirə olaraq Nəvainin cəmi üç ildə (1483-1485) ana dilində “Xəmsə” yaratması onun bədii sənətinin zirvəsi hesab olunur. Alim bildirdi ki, XIV-XV əsrlərdə Nizami əsərlərinin özbək dilinə tərcüməsi sahəsində müəyyən təcrübə əldə edilib. XIV əsrin sonlarında QütbünXosrovŞirin”, XV əsrin əvvəllərində Xarəzminin isə “Sirlər xəzinəsi” poemalarını özbək dilinə tərcümə etməsi Azərbaycan-özbək ədəbi əlaqələrini genişləndirməklə yanaşı, regionda Nizamiyə olan məhəbbəti xeyli artırıb. Əlişir Nəvai də “Xəmsə” yazana qədər sarayda özünün birbaşa nəzarəti altında iki dəfə Nizami “Xəmsə”si əlyazmalarının üzünü köçürtdürüb, 1481-ci ildə üzü köçürülən 45 miniatürlü əlyazma isə onun şəxsi kitabxanasını bəzəyib.

 

“Əlişir Nəvainin Nizami Gəncəvi “Xəmsə”sinə münasibəti” adlı məruzə ilə çıxış edən Daşkənd Dövlət Universitetinin müəllimi İlyas İsmayılov Nəvainin əksər əsərlərində Nizami haqqında dəyərli fikirlər söylədiyini dedi. Bildirdi ki, Ə.Nəvai “Xəmsə”ni tamamladıqdan 14 il sonra yazdığı “Mühakəmətül-lüğəteyn” (1499) əsərində Nizami yaradıcılığının ona olan təsirini belə açıqlayır: “Xəmsə” pəncəsinə pəncə vurmuşam. Əvvəlcə “Möminlərin heyrəti” bağında təbim güllər açıbdır ki, ona “Sirlər xəzinəsi”indən Şeyx Nizaminin ruhu başıma dürlər saçıbdır”. Lakin Ə.Nəvai Nizaminin yaratdığı söz meydanına girməyin və Nizami ədəbi yolu ilə getməyin çətinliyini və cəsarət tələb etdiyini xüsusi vurğulayır, “Xəmsə” yazmağın böyük məsuliyyət olduğunu nəzərə çatdırır.

 

Panel iclas diskussiyalarla davam etdi.

 

***

 

Forumun sonuncu panelinin mövzusuSovet dövründə Nizami tədqiqatlarıidi.

 

Məruzələrə keçməzdən öncə iclasın moderatoruAzərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov qeyd etdi ki, sovet dövründə Nizami irsi ilə bağlı aparılan çoxsaylı tədqiqatlar əsasən ideoloji meyarlara söykənirdi. Əksər hallarda Nizami düşüncələri ideoloji tərəfdən yanaşılaraq təqdim edilirdi.

 

Sonra Tbilisi Dövlət Universitetinin əməkdaşı İrma RatianiSovet postsovet dövründə Nizami yaradıcılığı gürcü tədqiqatçılığındaadlı məruzəsini təqdim etdi. O, Şota Rustaveli Nizami Gəncəvi irsinin geniş araşdırılması ilə bağlı gürcü alimlərinin məqalələrindən söz açdı. Bildirdi ki, qədim gürcü çoxcildli ədəbiyyatında yer alan əsərlərdə Nizami adına tez-tez rast gəlinir. Tədqiqatçılar bildirirlər ki, Rustavelinin təsvir etdiyi eşqlə müqayisədə Nizami bu mənada tamam başqa bir dünya yaradır onun eşqi daha böyükdür.

 

Mirzə Uluqbəy adına Özbəkistan Dövlət Universitetinin Özbək ədəbiyyatı kafedrasının müdiri Hamidulla Baltabayev NizamiXəmsə”sinin özbək ədəbiyyatşünaslığında öyrənilməsindən bəhs etdi. Bildirdi ki, Özbəkistan Nizaminin tədqiqi baxımından öndə olan ölkələrdəndir. Təsadüfi deyil ki, NizamiXəmsə”sinin ən qədim variantı Özbəkistan Əlyazmalar Fondundan əldə edilib. Məruzəçi yazıçı-dramaturq Kamil Yaşenə istinadən diqqətə çatdırdı ki, Nizaminin vəfatından illər sonra Orta Asiyanın monqollar tərəfindən işğal olunduğu dövrdə Xarəzmdə naməlum özbək müəllifMüftah ül-ədl” (“Ədalətin açarı”) adlı bədii əsər yaratmışdı. Bu əsərin əsasını NizamininŞah iki bayquşhaqqında hekayəti təşkil edirdi. Özbəkistanda müxtəlif zamanlarda çoxaylı elmi mənbələrdə Nizami yaradıcılığı, onun ayrı-ayrı əsərləri haqqında elmi-tənqidi məqalələr, araşdırmalar nəşr olunub. 1940-cı illərdə Nizami Nəvainin yubiley günləri çərçivəsində bu səpkidə xeyli elmi məqalələr işıq üzü görüb. Özbək ədəbiyyatının klassiki, azərbaycanlı şair, tərcüməçi, ədəbiyyatşünas Maqsud Şeyxzadənin (1908-1967) yetirməsi olan filologiya elmləri doktoru, professor Natan MallayevinNizami Gəncəvinin irsi onun təlim-tərbiyəvi əhəmiyyətiadlı monoqrafiyası bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Hazırda Özbəkistanın muzey fondlarında Nizami haqqında 30-a yaxın əlyazma saxlanılır. Bunlardan 12-si “Xəmsə”yə aiddir.

 

Panelin son məruzəçisi, ÖzbəkistanınDarakchinəşriyyat evinin direktoru Rustamjon Cabbarovun çıxışı xüsusilə maraqlı oldu. R.Cabbarov Azərbaycan dilində səlis çıxış edərək Nizami irsinə aydın baxışı ilə tədbir iştirakçılarının alqışını qazandı.

 

***

 

Diskussiyalardan sonra forumun bağlanışı oldu. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək üç gün davam edən foruma qatılan hər kəsə təşəkkürünü bildirdi: “Forumun adından da məlum olduğu kimi, Nizami Gəncəvi nəsillər arasında bir körpüdür. O səbəbdən forumun son günündə gənclərin aktiv iştirakından çox şadıq. Nazirlik olaraq məqsədimiz mədəniyyəti sadəcə, teatr, konsert kimi dar çərçivədə təbliğ etmək deyil, biz mədəniyyətin daha geniş anlamda tanıdılmasının əhəmiyyətli olduğunu qəbul edirik. Mədəniyyət həm bəşəri dəyərdir. Nizami Gəncəvi bizim mədəni dəyərimizdir. Nizami Gəncəvi Gəncədən doğan bir günəşdir. Səkkiz əsr keçməsinə baxmayaraq, Nizami öz hikmətləri ilə bu gün böyük bir coğrafiyaya işıq saçır. Bütün dünya fəlsəfəsi bu günəşdən işıq alır bu da bizim məsuliyyətimizi artırır. Biz xalq olaraq Nizaminin ideyalarını yaşatmalıyıq. Xalqımızın multikultural dünyagörüşünün formalaşmasında Nizaminin rolu vardır”.

 

Forumun əhəmiyyətini yüksək qiymətləndirən Elnur Əliyev bildirdi ki, beynəlxalq tədbir həm Nizaminin bəşəri şair olduğunu bir daha sübuta yetirdi. Nazirin birinci müavini çıxışının sonunda forumda iştirak edən, dəyərli fikirlərini bölüşən qonaqlara bir daha təşəkkürünü bildirdi: “Gələcəkdə bir daha Nizami Gəncəvi çətiri altında görüşmək arzusu ilə sizlərə uğurlar arzulayıram”.

 

Lalə AZƏRİ

Mədəniyyət.- 2021.- 1 dekabr.- S.1;3.