Varşavada Nizaminin yubileyi qeyd edilib

 

Polşanın paytaxtı Varşavada dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi Polşadakı səfirliyimizin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə yerli ictimaiyyətin, diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Polşa Elmlər Akademiyasının rəhbəri Jejı Duşınski çıxış ediblər. Qüdrətli söz ustadının əsərlərində ülvi hissləri, humanizm, xeyirxahlıq, ədalət kimi dəyərləri tərənnüm etdiyi, Azərbaycan dünya ədəbiyyatını misilsiz töhfələrlə zənginləşdirdiyi nəzərə çatdırılıb.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanın Polşadakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Nizami haqqında polyak dilində nəşr olunanKağıza incitək sözlər düzən şahlar şahıyamkitabı poçt markaları təqdim olunub. Kitabın təqdimatını Polşa Yazıçılar Birliyinin sədri Anna Naşilovska, poçt markalarının təqdimatınıPoczta PolskaSəhmdar Cəmiyyətinin Beynəlxalq əməkdaşlıq ticarət şöbəsinin rəhbəri Kşiştof Gurski ediblər.

Kağıza incitək sözlər düzən şahlar şahıyamkitabında yer alan rəsmlərdən ibarət sərginin nümayiş olunduğu tədbir konsert proqramı ilə yekunlaşıb. Konsertdə Vyanada yaşayan pianoçu, bəstəkar, dirijor Abuzər Manafzadə, vokalçı Karen Danqer-Manafzadə və başqaları çıxış ediblər.

 

Mədəniyyət.- 2021.- 1 dekabr.- S.1.