Nizami Gəncəvi dünya mədəniyyətinin parlaq ulduzudur

 

Beynəlxalq forumdan təəssürat

 

 

 

Xəbər verdiyimiz kimi, 24–26 noyabr tarixində Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirildi. Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşan forumNizami Gəncəvi: mədəniyyətlər arasında körpümövzusuna həsr olunmuşdu.

Forumda 15 ölkədən 40-dan çox alimekspert, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edirdi. Beynəlxalq tədbirin bir sıra qonaqları ilə həmsöhbət olub, təəssüratlarını öyrəndik.

Macarıstanın Karoli Gaspar Universitetinin professoru Miklos Sarkozi:

Bizi bir araya toplayan səbəb Nizami Gəncəvinin özündən sonra qoyduğu çoxşaxəli dərin yaradıcılıq mirasıdır. Nizami təkcə yaratdığı möhtəşəm şeir nümunələri ilə tanınmır, onun elmi fəlsəfi fikirləri regionun müxtəlif xalqları arasında gələcəkdə dialoq qurmaq üçün platforma yaratmaq baxımından əhəmiyyətlidir. Çünki şairin yaradıcılığı humanizm tolerantlıq kimi ümumbəşəri dəyərləri təbliğ edir. Ona görə mən bu forumu yüksək qiymətləndirirəm. Onu da qeyd edim ki, Bakıya ilk səfərim eyni zamanda dahi şair mütəfəkkir Nizami Gəncəvinin irsinə dünya ədəbiyyatına təsirinə həsr olunmuş belə bir mühüm beynəlxalq tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir. Nizami Gəncəvinin dünya ədəbiyyatına mədəniyyətinə böyük təsiri olub.

İslam Tarixi, İncəsənəti Mədəniyyəti Araşdırma Mərkəzinin (İRCİCA) Baş katibi, professor Mahmut Erol Kılıç:

Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən Şərqin ən böyük mütəfəkkirlərindən biri olan Nizami Gəncəvi ilə bağlı beynəlxalq forumun təşkil edilməsi çox mühüm hadisədir. Çünki onun yazdığı əsərlər yalnız Azərbaycanda deyil, Türkiyədə, Hindistanda, Pakistanda eləcə dünya ədəbiyyatında qlobal miqyaslı universal dəyərdir. Nizami bu gün dünya ədəbi-mədəni ictimai-fəlsəfi fikrində öz mövqeyi olan qlobal əhəmiyyətli fenomenal şəxsiyyətlərdən biridir. Dünya ədəbi-elmi fikrində böyük mütəfəkkirin sənətinə olan maraq heç vaxt azalmır, zaman-zaman ölməz əsərləri istər Qərb, istərsə Şərq dillərinə tərcümə edilərək bəşəriyyətin mənəvi kamilləşməsi prosesində öz rolunu oynayır.

Rusiya Milli Kitabxanası Əlyazmalar şöbəsinin böyük elmi işçisi Olqa Yastrebova:

Çalışdığım şöbədə əməkdaşlarımızla ədəbiyyatın ölkəmizdə az tanınan Şərq fondlarının təbliğinə xüsusi diqqət yetiririk. Bu məqsədlə elektron sərgilər tematik bölmələr formatında kitabxananın saytında təqdimatlar edirik. Müsəlman kitabının tərtibatı sənətiSözün sehrbazıbölmələri Azərbaycanın dahi şairi Nizami Gəncəvinin həyat yaradıcılığına həsr edilib. Nizami əsərlərinin miniatürləri əlyazmalarının siyahısı bacarıqlı sənətkarlar tərəfindən yaradılıb sadə adamlardan hökmdarlara, əyanlaradək bütün təbəqələr arasında böyük populyarlıq qazanıb. Biz öz növbəmizdə həmin əsərlərin rus oxucusuna layiqincə təqdim olunması üçün əlimizdən gələni edirik. Nizaminin əsərləri beynəlxalq xarakterlidir. Şair öz nəsihətlərini müdrikliyini təkcə Gəncə sakinlərinə deyil, bütün bəşəriyyətə ünvanlayıb. Çalışmalıyıq ki, bu gün bu bəşəri ideyaları bütün dünyada təbliğ edərək sülhə əmin-amanlığa nail olaq.

LiFFtnəşriyyatının (Rusiya) baş redaktoru Marqarita Almuhammedova:

Azərbaycana belə gözəl bir təşəbbüsə görə minnətdarlığımı bildirirəm. Müxtəlif ölkələrdən alim tədqiqatçıları bir araya gətirən forum Nizami işığında bəşəri ideyaları təbliğ etmək baxımından diqqətəlayiq tədbirdir. 2019-cu ildə biz Bakıda Avrasiya Ədəbiyyat Festivalı keçirdik. Həmin festivalda, qismən olsa, Nizami Gəncəvi mövzusu öz əksini tapmışdı. Düşünürəm ki, dünya ölkələri Nizami ideyalarını rəhbər tutsa, mükəmməl bir cəmiyyətin qurulmasına nail olar. Çünki Nizami öz əsərlərində ideal bir cəmiyyətin yaranmasını təbliğ edib. Gələn il Misirdə Nizami Gəncəviyə həsr olunacaqKeçmişdən gələn gələcəyin insanımövzusunda forum təşkil olunacaq. Biz Nizami Gəncəvi ilə bağlı olan tədbirlərə hər zaman qatılırıq, çünki Nizami həm bizim mədəniyyətimizin bir hissəsidir”.

Milli İqtisadiyyat Dövlət İdarəçilik Akademiyasının (Rusiya) professoru Nizami Məmmədov:

– Bu gün qlobal düşüncə vacib bir amilə çevrilib. Dünya sivilizasiyası mövcud olduqca insanlar hər zaman dahi alim mütəfəkkirlərin fikrinə müraciət edəcək. Hər bir iqtisadi ya siyasi məsələni həll etmək üçün qlobal düşüncəyə müraciət edirik. Nizaminin cəmiyyət haqqında düşüncələri bu gün aktualdır. Əvvəlcə Nizami Orta Şərqə, sonradan isə Avropa xalqlarına təsir edib.

SimurqAzərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov:

Nizami forumunu çox yüksək qiymətləndirirəm. Beynəlxalq səviyyəli bu tədbir çox mükəmməl təşkil olunub. Bu onu göstərir ki, Nizami Gəncəvi təkcə Azərbaycan mədəniyyətinin deyil, dünya mədəniyyətinin parlaq ulduzudur. Onun dünya sivilizasiyasına töhfələri bu forumda müzakirə olunacaq, bir daha dünyaya bəyan ediləcək. Nizamini çox zaman şair filosof kimi təhlil edirlər. Amma mən onu daha çox dahi mütəfəkkir kimi dəyərləndirir, böyük mənəvi mədəniyyətin yaradıcısı kimi qəbul edirəm. Nizaminin müdrikliyi bu gün realdır. Əgər biz Nizaminin ideyalarını dərindən dərk etsək, qiymətləndirsək, başa düşəcəyik ki, dünyanın xilası yüksək mənəvi mədəniyyətdədir”.

 

Lalə AZƏRİ

Mədəniyyət.- 2021.- 1 dekabr.- S.4.