Kinorejissor operator Rasim İsmayılovun 85 illiyinə həsr olunmuş sərgi

 

Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, tanınmış kinorejissor kinooperator Rasim İsmayılovun (1936–2004) anadan olmasının 85 illiyinə həsr olunmuş fotosərgi açılıb.

Dövlət Film Fondundan bildirilib ki, fotosərgidə görkəmli sənətkarın yaradıcılığını əks etdirən fotolar nümayiş olunur.

Qeyd edək ki, Rasim İsmayılovGün keçdi”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qoqud”, “Babək s. filmlərinin quruluşçu operatoru olub. O, həmçininAsif, Vasif, Ağasif”, “Şir evdən getdi”, “İşgüzar səfər”, “Sizi dünyalar qədər sevirdimkimi bədii filmlərin quruluşçu rejissorudur.

 

Mədəniyyət.- 2021.- 8 dekabr.- S.6.