Bazel şəhərində Nizami
poeziyası və muğam
İsveçrənin Bazel şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycanın Dostları” Birliyinin sədri Arzu Əliyeva-Bodmerin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə nizamişünaslar, ölkəmizin İsveçrədəki səfirliyinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Niqqi Uilrixin moderatorluğu ilə aparılan gecədə qüdrətli söz ustadının əsərləri aktyorlar Anar Fərəcbəyli, Daniel Kaştura və Mari Luiza Ulrix, şairə Olimə Nəbiyevanın ifasında Azərbaycan, alman və fars dillərində səsləndirilib. Azərbaycanlı sənətçilər Rövşən Qurbanov (tar), Xəyyam Məmmədov (kamança), Firuz Səxavət (xanəndə) və Rəvanə Qurbanovanın (xanəndə) ifasında konsert proqramı alqışlarla qarşılanıb.
Bazel şəhərində Azərbaycan muğamına və
milli rəqslərimizə həsr olunmuş konsert də keçirilib. Şəhərin “Gundeldingerfeld” məkanında baş
tutan musiqi
axşamında tarzən Rövşən Qurbanovun
rəhbərlik etdiyi muğam
qrupunun üzvləri və “Buta” rəqs dərnəyinin yetirmələri
maraqlı repertuar təqdim ediblər.
Xanəndələr Firuz Səxavətin və
Rəvanə Qurbanovanın, “Buta” solistlərinin
ifalarında muğam, təsnif və milli rəqslər tamaşaçılarda böyük maraq doğurub.
Mədəniyyət.- 2021.- 8
dekabr.- S.8.