“Rioda bir gecə”
Beynəlxalq Muğam
Mərkəzində Braziliya musiqisi axşamı
Dekabrın 5-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Rioda bir gecə” adlı konsert proqramı təqdim edildi. Cənubi Amerika ab-havalı musiqi axşamı BMM-in dəstəyi, Mədəniyyət Nazirliyi və Braziliyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə gerçəkləşdi.
Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova çıxış edərək qonaqları salamladı. Qeyd etdi ki, Braziliya və Azərbaycan uzaq məsafələrdə yerləşsələr də, mədəniyyət baxımından yaxınlıqlar var: “Ölkələrimizin tarixi köklərə söykənən musiqisi var. Bu axşam həmin zənginliyin bir parçasını duyaraq zövq alacağıq”.
Braziliyanın ölkəmizdəki səfiri Manuel Monteneqro konsertin təşkilatçılarına minnətdarlığını bildirdi. Vurğuladı ki, bu gün iki ölkənin musiqiçilərinin bir arada çıxışını izləyərək bir daha musiqinin dilinin olmadığına, sənətin millətləri birləşdirdiyinə şahid olacağıq. İncəsənət fərqli mədəniyyətlərin dialoqunu yaradır. Musiqiçilər bu dialoqun ən gözəl nümunələrini təqdim edirlər.
Daha sonra konsert proqramı təqdim edildi. Claudio Frankonun prodüserliyi ilə saksofon ifaçısı Edqar Duvivier və gitara ifaçısı Dami Andres Latın Amerikası ritmləri vasitəsilə kompozisiyalarla
çıxış etdilər.
Gecənin xüsusi musiqili
qonağı Əməkdar
artist, tarzən Sahib Paşazadə,
ifaçılar Diana Hacıyeva,
Ruslan Hüseynov, Nicat Məmmədov, Əli Nəsib braziliyalı musiqiçilərlə
fərqli janrları əhatə edən kompozisiyalar təqdim etdilər.
Konsert proqramı
musiqisevərlər tərəfindən
maraqla qarşılandı.
Lalə
AZƏRİ
Mədəniyyət.- 2021.- 8
dekabr.- S.8.