Dohada Nizami Gəncəvinin 880 illiyi qeyd edilib

 

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Qətərə səfər edib.Dekabrın 5-də Azərbaycanın Qətər Dövlətindəki Səfirliyi Qətər Milli Kitabxanasının (QMK) birgə təşkilatçılığı ilə paytaxt Dohada Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə QMK-nin rəhbəri, Qətərin Baş nazirinin müavini rütbəsində dövlət naziri Həməd bin Əbdüləziz əl-Kavari, Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev fəlsəfə doktoru, Fəlsəfə Sosiologiya Akademiyasının təsisçisi Mail Yaqub çıxış ediblər.

Həməd əl-Kavari bildirib ki, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr son dövrlərdə xeyli inkişaf edib. Dövlət naziri dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyini Qətərdə qeyd etməkdən məmnun olduqlarını ifadə edib, bu kimi mədəni tədbirlərin digər sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün körpü rolu oynadığını vurğulayıb.

Humanizm, gözəllik, sevgi, gender məsələləri mehriban qonşuluq kimi mövzuların Nizami Gəncəvinin yaradıcılığında başlıca yer tutduğunu diqqətə çatdıran Elnur Əliyev qeyd edib ki, dahi mütəfəkkirin yaşadığı dövrdə dünyanın bir çox bölgələrində zorakılıq geniş yayılsa da, Nizami Gəncəvi yaradıcılığı sülh, ədalət, sevgi şəxsi inkişaf kimi mövzuları tərənnüm edib. NizamininXəmsə”si regionumuzun hüdudlarından çox uzaqlarda belə şöhrət taparaq dərindən araşdırılıb bir çox şairlərin yaradıcılığında iz qoyub.

Nazirin birinci müavini dahi şairimizin 880 illik yubileyinin Qətərdə qeyd olunmasına görə təşəkkürünü ifadə edərək, gələcək illərdə mədəniyyət sahəsində birgə səylərin daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Çıxışlardan sonra iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafına Nizami irsinin tədqiqinə töhfə olaraq, Həməd əl-Kavari Nizami Gəncəvinin poemalarının Qətər Milli Kitabxanasında saxlanılan qədim əlyazmaları miniatürlərinin elektron nüsxələrini Elnur Əliyevə təqdim edib.

Tədbir zamanı həmçinin sözügedən əlyazmaların orijinal nüsxələri tədbir iştirakçıları üçün sərgilənib.

Daha sonra fəlsəfə doktoru Mail Yaqub Nizami Gəncəvi yaradıcılığında kamil insan onun xüsusiyyətləri mövzusunda çıxış edib.

Qeyd edək ki, səfər çərçivəsində Elnur Əliyev Qətərin dövlət naziri Həməd bin Əbdüləziz əl-Kavari ilə görüş keçirib. Mədəniyyət nazirinin birinci müavini Qətər Milli Kitabxanasının fəaliyyəti ilə də tanış olub, yerli televiziyaya müsahibə verib.

 

Mədəniyyət.- 2021.- 8 dekabr.- S.3.