Musiqi Nizami “Xəmsə”sinin səhifələrində

 

Dekabrın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev-Muzeyində “Musiqi Nizami “Xəmsə”sinin səhifələrində” kitabının təqdimatı keçirildi. Kitabın müəllifləri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlı, redaktoru filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Xəlil Yusiflidir.

Muzeyin direktoru Alla Bayramova tədbiri açaraq qeyd etdi ki, Nizaminin yaradıcılığına olan maraq təkcə onların bədii gözəlliyindən, tərənnüm edilən ilahi eşqdən, təbliğ olunan haqq-ədalətdən qaynaqlanmır: “Dahi şairin əsərlərinin önəmli xüsusiyyətlərindən birionlarda müxtəlif sənət növlərinin və elm sahələrinin birləşməsidir. Bu gün təqdim edilən kitab da bu məsələyə həsr olunub”.

 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, akademik Rafael Hüseynov çıxışında dahi bəstəkarlar Üzeyir Hacıbəyli və Qara Qarayevin ev-muzeylərini müqəddəs ziyarətgah kimi səciyyələndirdi. O, Qara Qarayevi ilk dəfə 1966-cı ildə, 5-ci sinifdə oxuyarkən gördüyünü dedi: “Mən o zaman Kürdəmir rayonunda yaşayırdım. Qara Qarayev həmin dövrdə Ağsu-Kürdəmir dairəsindən SSRİ Ali Sovetinə deputat seçilirdi. Kürdəmirdə oxuduğum məktəbi ziyarətə gəlmişdi. Bizə də demişdilər ki, təbrik şeirləri oxuyacağıq. Adətən həmin şeirlər əvvəlcədən hazır olurdu. Ancaq həmin gün məktəbin direktorundan xahiş etdim ki, özüm yazdığım şeiri söyləyim. O da razı oldu.

 

Əbülfəz oğlu Qara, o böyük sənətkara

Arzumuzdur şöhrəti ucalsın ulduzlara.

Musiqi məktəbləri başqa yerlərdə çoxdur,

Bizim Kürdəmirdəsə hələ biriyoxdur.

Deputat bəstəkardan Kürdəmir nə istəyər,

Bir musiqi məktəbi hədiyyə etsə yetər…

 

Bu şeiri deyib qurtardıqdan sonra hamı məni alqışladı. Daha sonra Qara Qarayev bir-bir şeirlər söyləyən məktəblilərə qələmlər hədiyyə etdi. Mənə çatanda qələm əvəzinə özünün məşhur şəklini verdi. O görüşdən bir il sonra Kürdəmirdə musiqi məktəbi açıldı”.

Musiqi Nizami “Xəmsə”sinin səhifələrində” kitabı haqqında təəssüratlarını bölüşən akademik söylədi ki, müxtəlif elmi araşdırmalarda Nizami Gəncəvinin həyat və yaradıcılığı çox tədqiq olunub. Lakin Alla BayramovaRauf Şeyxzamanlının kitabında Nizami poeziyası, Nizami yaradıcılığı, Nizami şəxsiyyəti məhz incəsənətlərin qarşılıqlı əlaqəsi nöqteyi-nəzərindən araşdırılıb. Yeni nəşrdə mütəfəkkir şair, həmçinin musiqi aləminin mahir bilicisi kimi təqdim edilib.

Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, musiqiçi Abbasqulu Nəcəfzadə kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Tədbirdə “Nizamimusiqi” beynəlxalq onlayn konfransının materiallar toplusunun da təqdimatı keçirildi. Bildirildi ki, bu ilin may ayında Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə dahi Azərbaycan şairinin 880 illiyinə həsr edilmişNizamimusiqi” adlı beynəlxalq onlayn konfrans keçirilib. Konfransa ölkəmizlə yanaşı, Avstriya, Almaniya və Türkiyədən 30-a yaxın tədqiqatçı qatılıb, maraqlı məruzələr dinlənilib. Konfransdan sonra alim və mütəxəssislərin məruzələri toplu halında çap olunub.

Çıxışlardan sonra söz musiqiyə verildi.

Əməkdar artistlər İlham Nəzərov Fəridə Məmmədovanın ifasında Ədilə HüseynzadəninVəslin həvəsi”, Əfrasiyab BədəlbəylininNizamioperasındanRənanın ariyası”, Sevda İbrahimovanın Nizaminin sözlərinəTez gəlballadası Gülnaz AbdullazadəninKönlüm sitəminlə canə yetdiəsərləri səsləndirildi. Solistləri beynəlxalq müsabiqələr laureatı Svetlana Əhmədova (piano) müşayiət edirdi.

 

N.MƏMMƏDLİ

Mədəniyyət.- 2021.- 8 dekabr.- S.6.