Professor Aydın Balayev vəfat edib
Tarix üzrə elmlər doktoru, professor Aydın Balayev dekabrın 6-da vəfat edib.
Aydın Hüseynağa oğlu Balayev 19 noyabr 1956-cı ildə Bakıda anadan olub. Bakı
Dövlət Universitetinin
Tarix fakültəsində
və M.V.Lomonosov adına Moskva
Dövlət Universitetində
təhsil alıb. “Azərbaycanın milli qrupları arasında etnodilçilik
prosesləri” mövzusunda
namizədlik (fəlsəfə
doktoru), “1917–1918-ci illərdə
Azərbaycan milli hərəkatı” mövzusunda
elmlər doktorluğu
dissertasiyalarını müdafiə
edib.
Alim XX əsrin
əvvəlində ölkəmizdə
milli hərəkatın
təşəkkülü, Azərbaycan türklərinin
milli ideologiyasının
və milli identikliyinin formalaşması
proseslərini araşdırıb.
Aydın Balayev eyni zamanda
çağdaş dövrdə
Azərbaycanda gedən
etnososioloji prosesləri
də diqqətdə saxlayıb, bununla bağlı elmi əsərlər yazıb.
Alimin
“1917-1918-ci illərdə Azərbaycan
istiqlal hərəkatı”
(1998), “XIX-XX əsrlərdə etnolinqvistik proseslər”
(2005), “Fevral inqilabı
və milli nailiyyətlər” (2008, Moskva),
“Məhəmməd Əmin
Rəsulzadə” (2009, Moskva),
“Azərbaycan türkləri:
milli şüur prosesləri” (2010) və digər monoqrafiya və kitabları elmi ictimaiyyət tərəfindən maraqla
qarşılanıb.
Ruhu şad
olsun.
Mədəniyyət.- 2021.- 10
dekabr.- S.6.