MDB-nin 30 illiyinə həsr edilmiş fotosərgi
və konsert
Dekabrın 8-də Bakıdakı Rus evində (RİMM) Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasının 30 illiyinə həsr edilmiş fotosərgi açılıb.
Tədbirdə MDB ölkələrinin diplomatik korpusunun nümayəndələri, mədəniyyət və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov tədbirdə çıxış edib. 30 il ərzində MDB-nin təşkilat olaraq keçdiyi yoldan bəhs edən diplomat deyib: “Şadıq ki, müstəqil olmaq və birlikdə yaşamaq imkanımız var”.
Sərgi üçün fotolar Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan fotoqrafları və “Rossotrudniçestvo” agentliyinin həmin ölkələrdəki nümayəndəlikləri tərəfindən təqdim edilib.
Tədbirdə Üzeyir
Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının tələbə və müəllimlərinin
ifasında konsert proqramı da təqdim olunub. Azərbaycan
və xarici ölkələrin klassiklərinin
əsərləri səslənib.
Mədəniyyət.- 2021.- 10
dekabr.- S.3.