“Tarixin böyük azərbaycanlısı”
Regional mədəniyyət idarələrinin əhatə etdiyi müəssisələrdə dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilir.
Gəncə RMİ Gəncə şəhər Heydər Əliyev Mərkəzində ulu öndərin vəfatının ildönümü münasibətilə keçirilən tədbirdə böyük dövlət xadiminə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Kürdəmir RMİ Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Tarixin böyük azərbaycanlısı” adlı tədbir təşkil olunub. Mərkəzin direktoru Xəyalə Kərimova Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü böyük işlərdən danışıb. Sonda ümummilli liderin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Xalqın xilaskarı” mövzusunda elmi-praktik konfrans keçirilib. Çıxışlarda dövlətimizin son illərdə əldə etdiyi nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğu qeyd olunub, ulu öndərin müasir tariximizdəki müstəsna rolundan bəhs edilib. Yardımlı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə isə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış olub.
Şəki RMİ Balakən rayon Heydər Əliyev Mərkəzində rayonun İmam Şamil adına Şambul kənd tam orta məktəbinin şagirdləri üçün “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” adlı ekskursiya təşkil olunub.
Xaçmaz RMİ Quba rayon MKS-nin kənd kitabxana filialları tərəfindən də ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar tədbirlər keçirilib.
Ağcabədi RMİ Ağdam rayon Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycanın memarı və qurucusu” adlı anım tədbirində ulu öndərə həsr olunmuş videoçarx nümayiş etdirilib. Mərkəzin Əməkdaşı Elçin Cəfərov, Zəngişalı kənd Mədəniyyət evinin müdiri Fikrət Əliyev və başqaları çıxış edərək böyük dövlət xadiminin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıblar.
N.MƏMMƏDLİ
Mədəniyyət.- 2021.- 10
dekabr.- S.4.