Tarixçi Dilavər Əzimlinin xatirəsi anılıb
Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunda mərhum tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimlinin anım tədbiri keçirilib.
İnstitutun Orta əsrlər tarixi şöbəsinin müdiri tarix elmləri doktoru Tofiq Nəcəfli alimin ömür yolundan və elmi fəaliyyətindən danışıb.
İnstitutun icraçı direktoru, dosent Cəbi Bəhramov Dilavər Əzimlini əsl ziyalı, vətənpərvər alim kimi dəyərləndirərək onun tarix elminə verdiyi töhfələrdən bəhs edib.
Professor Şahin Fərzəliyev, tarix elmləri doktorları Eynulla Mədətli, Xeyirbəy Qasımov, dosentlər Hacı Həsənov, Mübariz Ağalarlı, Fərəh Hüseyn, AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı Mirzə Ənsərli və digər çıxış edənlər Dilavər Əzimlinin tarix elminə verdiyi töhfələrdən, bir müəllim kimi təhsil fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən söz açıblar.
Dilavər Əzimlinin və görkəmli səfəvişünas Oqtay Əfəndiyev şəxsi kitabxanası əsasında Orta əsrlər tarixi şöbəsində yaradılmış fond da iştirakçılara təqdim olunub.
Sonda mərhumun həyat yoldaşı Arzu Qazıyeva tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edərək mərhum tarixçi alimə verilən bu dəyərə görə minnətdarlığını bildirib.
AMEA Tarix İnstitutunun Azərbaycanın orta əsrlər tarixi
şöbəsinin aparıcı elmi işçisi olmuş
Dilavər Əzimli 1959-cu il dekabrın 5-də
Cəlilabad rayonunun Ağdaş
kəndində doğulub. 2003-cü ildən
AMEA Tarix İnstitutunda
çalışıb, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində Türk
və Şərqi Avropa xalqları
kafedrasının müəllimi olub.
2021-ci il martın 3-də dünyasını
dəyişib.
Mədəniyyət.- 2021.- 10
dekabr.- S.6.