Braziliyalı rəssamın
“küçə sənəti” Bakıda
Təsviri incəsənətin “street art” (“küçə sənəti”) üslubunda işləyən braziliyalı rəssam Nina Pandolfonun əsərlər dekabrın 22-də Heydər Əliyev Mərkəzində açılacaq sərgidə təqdim olunacaq.
“Minnətdarlıq” (“Gratitude”) adlı sərgidə müəllifin multikultural dünyanı təqdim edən, etnik baxımdan müxtəlifliyi ilə seçilən qadınlara həsr olunan əsərləri nümayiş etdiriləcək. Ziyarətçilər həm də Nina Pandolfonun qraffiti instalyasiyaları ilə də tanış ola biləcəklər.
Müəllif hesab edir ki, minnətdarlıq hissi daim ətrafa aşılanmalı və təşviq edilməlidir. Vəziyyətdən asılı olmayaraq, hər zaman minnətdar olmaq üçün səbəb tapmaq mümkündür. Nina Pandolfo onda ən güclü minnətdarlıq hissinin məhz yaradıcılıq zamanı yarandığını söyləyir.
Sərgiyə çıxarılacaq əsərlərdəki qadın obrazları geniş açılmış gözlərlə təsvir ediliblər. Bununla da müəllif bizi əhatə edən multikultural dünyanın seyr edilməsinin və buna minnətdarlıqla yanaşılmasının vacibliyini vurğulayır.
Nina Pandolfo 1977-ci ildə
Braziliyada anadan olub. Karlos de Kampos adına Dövlət
Texniki Məktəbində
vizual kommunikasiya üzrə təhsil alıb. 90-cı illərdə əl işləri ilə San-Paulu küçələrini bəzəməyə
başlayan rəssam Braziliya qraffiti sənətinin tanınmış
nümayəndəsinə çevrilir.
O, həmçinin Avropanın
bir sıra ölkələrinin və
Amerika Birləşmiş
Ştatlarının sənət
qalereyalarında keçirilən
sərgilərdə iştirak
edib.
2007-ci ildə Pandolfo
Şotlandiyanın 8 əsr
yaşı olan Kelburn qəsrinin fasad və qülləsini
boyamaq üçün
Braziliyanın tanınmış
küçə rəssamları
ilə əməkdaşlıq
edir. Bu uğurlu layihə 2011-ci ilin “Top-10 küçə sənəti
nümunələri” siyahısına
daxil edilir.
Heydər
Əliyev Mərkəzində
təşkil ediləcək
“Minnətdarlıq” sərgisi
2022-ci il iyunun 19-dək davam edəcək.
Mədəniyyət.- 2021.- 10
dekabr.- S.8.