Qırğızıstanda Nizaminin 880 illiyi qeyd olunub

 

Azərbaycanın Qırğızıstandakı Səfirliyinin, TÜRKSOY-un AzəriAzərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Bişkek şəhərində Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Manas Çingiz Aytmatov Milli Akademiyasında təşkil olunan tədbirdə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlanbek Kalıbekov, “Manas Çingiz Aytmatov Milli Akademiyasının prezidenti Topçubek Tuqunalıyev çıxış ediblər.

Əvvəlcə Azərbaycanın Xalq artisti, kinorejissor Eldar QuliyevinNizamibədii filmi nümayiş olunub.

Lətif Qəndilov Nizami Gəncəvinin həyat yaradıcılığı haqqında geniş söhbət açıb. Bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilinNizami Gəncəvi İlielan edilməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin əməli ifadəsidir.

Səfir əlavə edib ki, zəngin yaradıcılığında qüdrətli söz fikir ustadı insanları xeyirxahlığa, mərhəmətə, düzlüyə, ədalətə səsləyir, Allahı, Vətəni sevməyi öyrədir, gözəlliyi tərənnüm edir. Mənəvi dəyərlər şairin həyat yaradıcılığının əsas məğzidir. Bu gün gender bərabərliyi haqqında çox danışılır. Amma hələ XII əsrdə dövləti idarə edən müdrik qadın obrazları Nizami əsərlərinin qəhrəmanlarına çevriliblər. Səfir qeyd edib ki, Şekspir Nizamini bütün dövrlərin xalqların yeddi ən dahi şairi sırasına salıb. Leyli Məcnunpoeması Romeo Cülyettanın faciəvi hekayəsindən dörd əsr əvvəl yazılıb.

Tədbir çərçivəsində TÜRKSOY tərəfindən ingilis dilində nəşr olunanNizamini oxuyaq” (“Reading Nizami Ganjavi”) kitab-albomunun təqdimatı da keçirilib.

Düsen Kaseinov nəşr barədə məlumat verərək bildirib ki, TÜRKSOY “Nizami Gəncəvi İli”ni geniş şəkildə qeyd edib, sərgilər konsertlər təşkil olunub.

Tədbirdə çıxış edənlər Nizaminin dünya ədəbiyyatına verdiyi misilsiz töhfələrdən danışıb, onun yaradıcılığının fəlsəfi aspektlərinə toxunublar.

Tədbir zamanı Azərbaycan torpaqlarının azad edilməsi uğrunda aparılan Vətən müharibəsi dövründə həqiqətləri Qırğızıstan ictimaiyyətinə obyektiv çatdıran “Slovo Kirqızıstana” qəzetinin müxbiri Aida ŞirinovaAnadolu Agentliyinin bu ölkədəki müxbiri Nazir Əliyev TÜRKSOY tərəfindən təltif ediliblər.

Mərasim səfirliyin və “Azəri” Mədəniyyət Mərkəzinin təşkil etdiyi bədii hissə ilə davam edib. Nizaminin sözlərinə bəstələnmiş mahnılar ifa edilib, şairin şeirlərindən parçalar söylənilib və Azərbaycan rəqsləri təqdim olunub.

 

Mədəniyyət.- 2021.- 10 dekabr.- S.1;2.