“Xanəndənin taleyi”
Operanın növbəti nümayişi müəllifin 100 illiyinə həsr
olunub
Dekabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tanınmış bəstəkar, Xalq artisti, professor Cahangir Cahangirovun “Xanəndənin taleyi” operasının tamaşası nümayiş olunub. Tamaşa bəstəkarın 100 illiyinə həsr edilib.
“Xanəndənin taleyi” operasını C.Cahangirov 1978-ci ildə yazıb. Opera XX əsrin əvvəllərində şöhrətin zirvəsində ikən Avropaya mühacirət edən və həyatının sonuna kimi vətən həsrəti ilə yaşayıb dünyasını dəyişən xanəndə Mir Səidin faciəvi taleyindən bəhs edir.
Mir Səid rolunu
Əməkdar artist İlkin
Əhmədov ifa edib. Digər rollarda
teatrın aparıcı
solistləri – Əməkdar
artistlər Afaq Abbasova (Xanım), Əliəhməd İbrahimov
(Rəşid bəy),
Səbinə Vahabzadə
(Gülsüm), Fəridə
Məmmədova (Rəna),
Tural Ağasıyev (Aşur bəy), solistlər Fəhmin Əhmədli (Qasım), Mahir Tağızadə (Məmməd) və Rza Xosrovzadə (Əsədulla bəy) çıxış ediblər.
Tamaşanı Əməkdar artist, dirijorların
beynəlxalq müsabiqələrinin
laureatı Əyyub Quliyev idarə edib.
Mədəniyyət.- 2021.- 10
dekabr.- S.3.