Nizaminin 880 illiyinə
həsr edilmiş akvarel vorkşopu
Dekabrın 11-də Xətai Sənət Mərkəzində Nizami Gəncəvinin 880 illiyinə
həsr edilmiş akvarel vorkşopu keçirilib.
Tədbir
Mədəniyyət Nazirliyi,
Rəssamlar İttifaqı,
Dövlət Rəsm Qalereyası, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin dəstəyi,
Beynəlxalq Sulu boya Cəmiyyətinin (İWS Globe) Azərbaycandakı
nümayəndəliyi olan
“İWS Azerbaijan” və “İWS Khatai Art Center”in təşkilatçılığı ilə gerçəkləşib.
Vorkşop “Nizami Gəncəvi
və yaradıcılığı
ilə bağlı hər bir janr
(fiqurativ, mənzərə,
natürmort)” mövzusuna
həsr edilib.
Xətai Sənət Mərkəzinin
direktoru Zahid Əvəzov çıxış
edərək qonaqları
salamlayıb. Bildirib ki, dahi Azərbaycan
şairinin 880 illik yubileyinə həsr olunan tədbirin məqsədi akvarel sənətinin ölkəmizdə
yayılması, rəssamların
yaradıcı ünsiyyəti,
bilik və təcrübə mübadiləsinə
şərait yaratmaqdan
ibarətdir.
Sənətşünas, Əməkdar incəsənət xadimi,
professor Ziyadxan Əliyev,
Mədəniyyət və
İncəsənət Universitetinin
baş müəllimi
Nəzakət Əhmədova
və Beynəlxalq
Sulu boya Cəmiyyəti
Azərbaycan nümayəndəliyinin
həmsədri Səbinə
İskəndər çıxış
edərək incəsənətdə
akvarelin rolundan və əhəmiyyətindən
danışıblar.
Tədbirdə ADMİU-nun Rəssamlıq fakültəsi
geyim dizaynı ixtisasının 4-cü kurs
tələbələri Nizami
Gəncəvinin “Yeddi
gözəl” əsərinə
həsr edilmiş geyim nümunələrini
nümayiş etdiriblər.
Vorkşopda iştirak edən rəssamlar isə dahi şairin portretini, eləcə də “Yeddi gözəl” əsərinə
və Nizami dövrünə aid müxtəlif
əşyaları təsvir
ediblər.
Mədəniyyət.- 2021.- 15
dekabr.- S.5.