“25 an – 25
yaş”
Şəhid qəhrəmanın
fotolarından ibarət sərgi
Dekabrın 10-da Xətai Sənət Mərkəzində Vətən müharibəsi şəhidi Elnur Allahverdizadənin vaxtilə çəkdiyi fotolardan ibarət “25 an – 25 yaş” adlı sərgi keçirildi.
Azərbaycan Fotoqraflar Birliyi (AFB) və Xətai Sənət Mərkəzinin dəstəyi ilə təşkil olunan sərgi dekabrın 13-dək davam edib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
AFB İdarə heyətinin sədri Mirnaib Həsənoğlu sərgi haqqında məlumat verdi. Bildirdi ki, sərgi “Biz sizə borcluyuq” kampaniyası çərçivəsində keçirilir: “Elnur bu şəkilləri vaxtilə çəkərək öz “Facebook” sosial şəbəkə səhifəsində yerləşdirib. Biz həmin şəkilləri sosial şəbəkədən toplayaraq “25 an-25 yaş” adı ilə sərgisini təşkil etmişik”.
M.Həsənoğlu söylədi ki, Elnur Vətən
müharibəsi başlayana qədər səs
rejissoru kimi fəaliyyət
göstərib. O, “Barama”,
“Atılmışlar” serialları, “Son iclas” sənədli-bədii filmi,
çoxsaylı maraq doğuran
reklamların səs rejissoru olub. “Picmus production”un
əməkdaşı olan
Elnur “Bozbash pictures”lə də çalışıb. “Simurq” serialı Elnurun şəhadətindən
sonra onun əziz xatirəsinə ithaf olunub. “Bütün bunlarla
yanaşı, Elnurun bir foto dünyası
olub. O, gördüklərini
çəkərək sosial
şəbəkələrdə paylaşıb. Vətən müharibəsi başlanmazdan
qabaq Elnurun artıq peşəkar fotoqrafiyaya keçmək planları var idi. Lakin onun bu arzusu həyata keçmədi. Allah Elnura və bütün şəhidlərimizə
rəhmət eləsin”,
– deyə AFB-nin rəhbəri bildirdi.
Xətai Sənət Mərkəzinin
direktoru Zahid Əvəzov Elnurun valideynlərinə xatirə
banneri hədiyyə etdi.
Daha sonra şəhidin valideynləri
Əli Həsənov və Süsən Həsənova çıxış
edərək Elnurun xatirəsinə göstərilən
diqqətə görə
tədbir iştirakçılarına
təşəkkürünü bildirdilər.
Sonda tədbir iştirakçıları
sərgi ilə yaxından tanış
oldular.
Qeyd edək ki, əslən
Zəngilan rayonundan olan Elnur Allahverdizadə
1995-ci il mayın 15-də Sumqayıt
şəhərində anadan
olub. İlk təhsilini Sumqayıt
şəhəri 41 saylı
tam orta məktəbdə
alıb. 2016-ci ildə Bakı Slavyan Universitetinin Tərcümə fakültəsini
çex dili ixtisası üzrə bitirib, hərbi xidmətə gedib. Vətən müharibəsi başlayandan
iki gün sonra döyüşə yollanıb. Ağdam və Xocavənd
istiqamətində gedən
döyüşlərdə böyük şücaət
göstərib. Noyabrın
7-də Ağcabədi rayonunun
Yuxarı Qiyaməddinli
kəndi ərazisində
düşmənin açdığı
top atəşi nəticəsində
şəhid olub.
Noyabrın 8-də Sumqayıt şəhər
Şəhidlər xiyabanında
torpağa tapşırılıb. Ölkə
başçısının müvafiq sərəncamları
ilə ölümündən
sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü”
medalları ilə təltif edilib.
NURƏDDİN
Mədəniyyət.- 2021.- 15
dekabr.- S.6.